İdman
Cazibədar tennisçi ilə jurnalist arasında mübahisə: Danışmazdan əvvəl düşün
Belaruslu tennisçi və dünya reytinqinin bir nömrəsi Arina Sobolenko ABŞ Açıq Çempionatından əvvəl “əyləncəli gecələr” haqda suala sərt cavab verib.
Turnirin ikinci raundunda Sobolenko rusiyalı Polina Yatsenkonu iki setdə 6:1, 6:1 hesabı ilə məğlub edib.
Publika.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konafarnsında tennisçi ilə jurnalist arasında mübahisə olub:
– Turnir başladığı üçün əhvalınızı necə qiymətləndirirsiniz? Aydındır ki, ötən həftə çoxlu əyləncə var idi.
– Siz sadəcə gülməlisiniz. Əyləncələr. Niyə belə deyirsiniz? Bunu necə düşünə bildiniz? Bu necə sualdır? Sadəcə brend tədbirləri haqqında bir neçə şey paylaşdığım üçün, səncə, mən əylənirdim?
– Mən demirəm ki, sən əylənmisən… Deyirəm ki, çoxlu tədbirlər və bu kimi şeylər olub. Demirəm ki, sən əylənclərə gedirsən.
– Sən sözün əsl mənasında bunu dedin.
– Üzr istəyirəm. Başa düşməyən hər kəs üçün: Mən Arinanın bu məclislərdə əyləndiyini demirəm. Deyirəm ki, o, tez-tez ictimaiyyət arasında görünür və çox şey edir.
– Yaxşı.
– Turnir başladığı üçün özünüzü daha ciddi və döyüşə hazır hiss edirsinizmi?
– Bəli, əvvəllər ciddi deyildim. Növbəti sual: Danışmazdan əvvəl düşün.
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar






































