İdman
Bu ölkə rusların qayıdışına qarşı çıxdı - İcazə verməyəcəyik
Norveç Xizək Federasiyası Rusiya və Belarus idmançılarının 2026/2027 mövsümündə beynəlxalq yarışlarda iştirak etməsinə icazə verilməsi qərarına sərt reaksiya verib.
Publika.az xəbər verir ki, bu barədə “Dagbladet” məlumat yayıb.
Onlar “neytral” statusla rəqabət apara biləcəklər. Sərt yoxlamalar aradan qaldırılıb və indi sadəcə neytrallıq bəyannaməsini imzalamaq kifayətdir.
Norveç tərəfi mövqeyini dəyişmək niyyətində olmadığını açıq şəkildə bildirib və buna qarşı çıxıb.
“Norveç Xizək Federasiyası əvvəlki qərarını təsdiqləyir: Rusiya və Belarus idmançılarına beynəlxalq yarışlarda, hətta neytral bayraq altında belə iştirak etməyə icazə verilməyəcək.
Norveç Xizək Federasiyası FIS əksəriyyətinin qərarlarını rəhbər tutur, eyni zamanda bu məsələ ilə bağlı mövqeyini beynəlxalq səviyyədə aydın şəkildə bildirmək niyyətindədir”, – deyə bəyanatda bildirilir.
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar







































