İdman
Premyer Liqada irqçilik qalmaqalı: “Hall”ın yeni transferi bu FOTOYA görə təhqir edildi
“Hall Siti”nin yeni oyunçusu Robinyo Vas müqavilə imzaladıqdan dərhal sonra irqçi təhqirlərə məruz qalıb.
Publika.az xəbər verir ki, 19 yaşlı fransız futbolçu transfer pəncərəsinin son günündə “pələnglər”ə qoşulub və “Roma”dan icarə əsasında İngiltərə klubuna keçib.
Onun transferi ilə bağlı sosial media paylaşımı tez bir zamanda təhqiramiz və ayrı-seçkilik dolu şərhlərlə dolub. Klub hətta oyunçunu təqdim edən paylaşımı silmək məcburiyyətində qalıb.
“Hall” məsələ ilə bağlı sərt bəyanat verib: “Klub sosial mediada yeni oyunçumuz Robinyo Vasa qarşı yönəlmiş iyrənc irqçi təhqiri pisləyir. Heç kim ayrı-seçkiliklə üzləşməməlidir və biz Robinyoya tam dəstəyimizi göstərəcəyik”.
Premyer Liqa da “pələnglər”i dəstəkləyib və oyunçuya qarşı ayrı-seçkiliyə qarşı çıxıb.
“Hall”ın sildiyi paylaşımda nə səhv idi? Vasın fotosundakı fon çox tünd idi. “Hall” Vası təhqir edənlərin məsuliyyətə cəlb olunacaqlarını bildirib:
“Bu çirkin mesajları yayan hesabları müəyyən etmək və məsul şəxsləri məsuliyyətə cəlb etmək üçün Humberside polisi və digər müvafiq orqanlarla birlikdə çalışırıq. Robinyonu ailəmizdə salamlamaqdan məmnunuq və bilirik ki, azarkeşlərimiz onu stadionumuzda meydanda görməyi səbirsizliklə gözləyirlər”.
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...


































.jpg)

