İdman
“Qalatasaray”da Sane böhranı: Okan Buruk müdaxilə etdi
Leroy Sanenin “Qalatasaray”ın son iki matçında ehtiyat oyunçular skamyasında qalmasından narazı olduğu və rəhbərliklə görüşərək etirazını bildirdiyi iddia edilmişdi. Almaniyalı futbolçu ilə bağlı yaranan vəziyyətə baş məşqçi Okan Burukun müdaxilə etdiyi bildirilir.
Publika.az xəbər verir ki, Leroy Sane “Qalatasaray”ın “Erzurumspor” və “Göztəpə” ilə oyunlarına ehtiyat oyunçular skamyasında başlayıb. Bu vəziyyətdən narazı qalan almaniyalı futbolçunun “20 dəqiqəlik oyunçu deyiləm” düşüncəsi ilə klub rəhbərliyi ilə görüşdüyü bildirilib.
“Türkiye Gazetesi”nin məlumatına görə, sarı-qırmızılılar Sane ilə bağlı yaranan narazılığı aradan qaldırıb. Barış Alper Yılmazın zədələnməsi ilə Sane-nin yenidən start heyətində meydana çıxacağı qeyd olunur.
Okan Burukun ayağında yaranan ödem səbəbilə əvvəlki gün MRT müayinəsindən keçən Barış Alper Yılmazı riskə atmayacağı bildirilir. Baş məşqçinin eyni zamanda Saneni ilk 11-də meydana buraxaraq futbolçunun narazılığını aradan qaldırmaq niyyətində olduğu qeyd edilir.
Almaniyalı ulduz ötən il “Qalatasaray”a transfer olunduqdan sonra İstanbul klubunun heyətində indiyədək 46 oyuna çıxıb. Sane bu matçlarda 7 qol vurub və 9 məhsuldar ötürmə edib.
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar






































