İdman
Transfer qiymətlərinə limit qoyulacaq? - Məşhur futbolçudan xəbərdarlıq
Fransanın sabiq milli futbolçusu və “Arsenal”ın keçmiş müdafiəçisi Bacari Saqna müasir futbolda transfer qiymətlərinin sürətlə artmasından narahatlığını ifadə edib.
Publika.az xəbər verir ki, Saqna bu fikirləri PSJ-dən “Liverpul”a 123 milyon funt sterlinq (təxminən 167 milyon dollar) qarşılığında keçən fransalı hücumçu Bredli Barkolanın transferini şərh edərkən səsləndirib.
24 yaşlı Barkola yay transfer dönəmində “Arsenal”ın da maraq dairəsində olub. Lakin futbolçu sonda İngiltərə klubuna keçib. Saqna Barkolanın yüksək səviyyəli oyunçu olduğunu qəbul etsə də, onun üçün ödənilən məbləğin həddindən artıq yüksək olduğunu bildirib.
“Barkola inanılmaz futbolçudur. O, özünü Parisdə və daha əvvəl “Lion”da sübut edib. Amma bunun bir həddi olmalıdır. 123 milyon funt sterlinq çox böyük məbləğdir”, deyə Saqna bildirib.
Onun sözlərinə görə, digər futbolçuların da 100 milyon funt sterlinqdən yüksək qiymətlərə satılması müəyyən mənada Barkolanın transferini izah edə bilər. Bununla belə, sabiq müdafiəçi hesab edir ki, futbol dünyası bu tendensiyanın nəzarətsiz şəkildə davam etməsinə imkan verməməlidir.
“Məncə, bir limit qoyulmalıdır. Bu, Barkolanın keyfiyyətinə heç bir kölgə salmır. O, yüksək səviyyəli futbolçudur və “Liverpul”da uğurlu olacağına inanıram. Amma 123 milyon funt sterlinq mənim üçün dəlilikdir. Beş ildən sonra nə olacaq? Futbolçular 500 milyon funt sterlinqə satılacaq?” deyə Saqna sual edib.
Saqna yalnız transfer qiymətlərinin deyil, ümumilikdə futbolun maliyyə sisteminin də ciddi nəzarətə ehtiyacı olduğunu vurğulayıb.
Onun fikrincə, futbol böyük biznesə çevrilsə də, maliyyə imkanlarının həddindən artıq genişlənməsi idmanın əsas prinsipləri üçün təhlükə yarada bilər.
“Futbol bir biznesdir. Bunun biznesə çevrilməsində problem yoxdur. Amma böyüyən hər biznesin təhlükəli tərəfi də olur. Buna görə futbolun və maliyyə qaydalarının tənzimlənməsi üçün çox ağıllı yanaşma lazımdır”, deyə sabiq futbolçu bildirib.
Saqna FIFA və klubların maliyyə məsələləri ətrafında yaranan problemlərin də nəzarətin zəifləməsi ilə əlaqəli olduğunu düşünür. O, qarşıdakı illərdə futbolçuların, klubların və digər tərəflərin maliyyə qaydaları ilə bağlı daha çox narazılıq edə biləcəyini proqnozlaşdırıb.
Sabiq futbolçu hesab edir ki, maliyyə prinsipləri və “Maliyyə Fair Play” qaydaları qorunmasa, zəngin klublarla digər komandalar arasındakı fərq daha da böyüyə bilər.
Saqna həmçinin xəbərdarlıq edib ki, transfer bazarında bu tendensiyanın qarşısı vaxtında alınmasa, qiymətlərin daha da yüksəlməsi qaçılmaz ola bilər.
“Əsas prinsiplər heç vaxt dəyişməməlidir. Ən vacib təməllərə toxunmağa başlasanız, problemlər yaranacaq. Ona görə də diqqətli olmalıyıq”, deyə o əlavə edib.
-
Magazin119:10Xalq artistinin müalicəsi nəzarətə götürüldü
-
Nəqliyyat17:48Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
-
Region15:34Paşinyan Rusiyanı şantaj edir - Ermənistana sərt xəbərdarlıq
-
Rəsmi xronika15:11İlham Əliyev Niderlanda yeni səfir təyin etdi
-
Dünya12:20Bu ölkələr hərəkətə keçdi: Rusiya ilə müharibə başlayır?
-
Magazin112:11Xalq artisti reanimasiyaya yerləşdirildi - FOTO
-
MDB11:32Ukraynanın bir günlük müharibə xərci açıqlandı - DƏHŞƏT SAÇAN RƏQƏM
-
İdman10:14Messi həyat yoldaşı ölən xanım jurnalistə nə təklif edibmiş? - Hər şeyi yazdı












.jpg)






















