İdman
UEFA “Fənərbağça”nın futbolçusuna ağır cəza verdi
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi “oyunda iştirak edən digər şəxsləri təhqir etdiyinə, tamaşaçıları təhrik etdiyinə və nəzakətli davranışın əsas qaydalarını pozduğuna” görə “Fənərbaxğça”nın yarımmüdafiəçisi Matteo Qenduzini dörd oyunluq (bunlardan ikisi şərtidir) diskvalifikasiya edib.
Publika.az xəbər verir ki, UEFA həmçinin 27 yaşlı oyunçunu 50.000 avro cərimələyib.
Qenduzi, Çempionlar Liqasının pley-off mərhələsində 26 avqustda keçirilən “Lion”a qarşı (1-2) ikinci oyunundan sonra etdiyi davranışa görə cəzalandırılıb. Oyunçu qələbəni rəqib komandanın tribunası qarşısında qeyd etməyə başlayıb və nəticədə komandalar arasında dava düşüb.
“Lion”un qapıçı məşqçisi Antonio Ferreyra UEFA klub yarışlarında beş oyunluq cəzalandırılıb, bunlardan ikisi şərtidir.
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar






































