“Opta”nın Çempionlar Liqası proqnozu: Favoritlər açıqlandı
Bizi izləyin

İdman

“Opta”nın Çempionlar Liqası proqnozu: Favoritlər açıqlandı

“Opta”nın Çempionlar Liqası proqnozu: Favoritlər açıqlandı

“Opta” UEFA Çempionlar Liqasının yeni mövsümü üçün ilk proqnozlarını açıqlayıb. Turnirin liqa mərhələsinin gələn çərşənbə axşamı başlamasından əvvəl yayımlanan proqnozlar İspaniya klubları üçün narahatedici mənzərə yaradıb.

Publika.az xəbər verir ki, İspaniyanın “Marca” qəzetinin diqqət çəkdiyi proqnozlara əsasən, “Opta”nın superkompüteri “Real Betis” və “Vilyarreal”ın liqa mərhələsində mübarizəni dayandıracağını gözləyir. Beləliklə, İspaniya beş təmsilçisindən ikisini erkən itirə bilər. “Atletiko Madrid” isə pley-off mərhələsinə yüksələcək 24 komanda arasında 22-ci pillədə qərarlaşacaq.

“Atletiko Madrid”in proqnozlaşdırılan bu mövqedə qalması Madrid klubunun pley-off mərhələsində mübarizə aparmalı olacağı anlamına gəlir. Bu isə komandanın 1/8 finalda yerini təmin etmək üçün güclü rəqiblə qarşılaşmasına səbəb ola bilər.

Bunun əksinə, “Real Madrid” və “Barselona” üçün vəziyyət daha yaxşı görünür. Kompüter proqnozuna görə, liqa mərhələsində “Barselona” dördüncü, “Real Madrid” isə yeddinci pilləni tutacaq. Beləliklə, hər iki komanda pley-off mərhələsini keçmədən birbaşa 1/8 finala yüksələcək.

Statistik model finala yüksəlmək baxımından da “Barselona”ya “Real Madrid”dən daha yüksək şans verib. Kataloniya təmsilçisinin finala çatmaq ehtimalı 14,41 faiz, Madrid klubunun isə 10,39 faiz qiymətləndirilib.

“Opta”nın proqnozlarına görə, liqa mərhələsinin ilk səkkizliyində müvafiq olaraq “Bavariya”, “Arsenal”, “Mançester Siti”, “Barselona”, “Liverpul”, PSK, “Real Madrid” və “İnter” yer alacaq.

Çempionluğun əsas favoritləri arasında isə “Arsenal” və “Bavariya” öndədir. İngiltərə klubunun kuboku qazanmaq şansı 21,18 faiz, Almaniya təmsilçisinin isə 19,90 faiz göstərilib.

“Mançester Siti” 12,03 faizlə üçüncü pillədə qərarlaşıb. İspaniya klubları arasında isə çempionluq şansına görə “Barselona” 6,97 faizlə liderdir. “Real Madrid” 5,13 faizlə ikinci yerdədir.

“Atletiko Madrid”in kuboku qazanmaq ehtimalı isə proqnozlara əsasən 0,60 faizdir. “Vilyarreal” üçün bu göstərici 0,26 faiz, “Real Betis” üçün isə 0,17 faizdir.

“Opta”nın proqnozları UEFA Çempionlar Liqasının son iki mövsümünün qalibi olan və turnirdə ardıcıl üçüncü çempionluğunu hədəfləyən PSJ üçün də nikbin nəticələr göstərməyib.

Model Avropadakı dominantlığını davam etdirməyə çalışan Fransa klubunun bu tarixi uğura imza atmaq şansının 7,73 faiz olduğunu göstərir.

“Real Madrid” UEFA Çempionlar Liqası tarixində kuboku ardıcıl üç dəfə qazanmağı bacaran yeganə komanda olaraq qalır. PSJ ” bu mövsüm həmin uğuru təkrarlamağa çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm