İdman
“Sabah”ın futbolçuları komandanın ad gününü təyyarədə qeyd ediblər
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas bildirib ki, komanda klubun ad gününü " Mançester Yunayted"lə Çempionlar Liqası oyununa gedərkən təyyarədə qeyd edib.
Publika.az xəbər verir ki, UEFA mətbuat xidməti Dambrauskasın sözlərini sitat gətirib:
"8 sentyabrda - klubumuzun 2017-ci ildə təsis edildiyi gün - təyyarəyə minib İngiltərəyə yola düşdük. Klubun ad gününü təyyarədə qeyd etdik və indi "Mançester Yunayted"lə oynamaq üçün buradayıq. Bu, sadəcə möhtəşəmdir.
Nəticə barədə düşünmürük. Keyfiyyətli oyun göstərmək və dünyanın ən yaxşı klublarından birinə qarşı nəyə qadir olduğumuzu sübut etmək istəyirik. Bu turnir və qarşıdakı inanılmaz oyunlar klubumuz haqqında çox şey deyəcək və bizə hara getmək istədiyimizi göstərəcək. Bu matçda əsas şey anın dadını çıxarmaqdır".
"Mançester Yunayted" və "Sabah" arasında oyun sentyabrın 10-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Müəllif: Tural
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı




















.jpg)
















