İKT
Elmdə müdhiş sıçrayış: bakteriyalarla işləyən mühərrik ixtira edildi
İtaliya alimləri həcmi 50 mikronu (0.05 millimetr) keçməyən bakteriyalarla işləyən mühərrik ixtira ediblər. Olduqca qəribə mühərriki bağırsaq çöpləri işə salır.
Publika.az bildirir ki, alimlər bakteriyaların suda üzmək bacarığından istifadə edərək, gen modifikasiyası vasitəsilə onu təkmilləşdiriblər.
Birhüceyrəli orqanizmlər hərəkətdə olarkən asimmetrik formalı dişləri olan çarxı hərəkətə gətirir və dəqiqədə iki dövr edir. Alimlər işığın köməyi ilə bu prosesə nəzarət üsulunu aşkar ediblər və bu, elmdə əsl sıçrayışdır. Mikromühərrik işıq şüalarının təsiri altında fəaliyyətə başlayır və qaranlıqda dayanır.
Həmçinin İtaliya Milli Tədqiqatlar Şurasının Nanotexnologiyalar İnstitutundan məlum olub ki, layihənin rəhbəri, fizik Roberto Di Leonardo bildirib ki, bu, tezliklə “bakterial” mühərrikin işini avtomatlaşdırmağa imkan verəcək və onu kompüterə tabe edəcək. Bu ixtira müxtəlif sahələrin işinə töhfə verə bilər və onun, həmçinin tibb sahəsində geniş tətbiqi gözlənilir.
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı







































