İKT
Xərçəngə qarşı yeni mübarizə üsulu hazırlandı - ÇİNLİ ALİMLƏRDƏN YENİLİK
Çinli alimlər xərçəngə qarşı mübarizə aparacaq nanorobotlar hazırlayıblar.
Publika.az xəbər verir ki, bu barədə Çinin Nanoelmlər və Texnologiyalar Mərkəzi məlumat yayıb. Bildirilib ki, alimlər təhlükəli şişlərə qarşı uğurla mübarizə aparmaq qabiliyyətinə malik olan və dünyada ilk avtonom DNK nanorobotlar yaradıblar. İlk sınaq isə kifayət qədər uğurlu olub. Hər bir belə nanorobotun ölçüsü çox kiçikdir və onları adi gözlə görmək mümkün deyil.
Sözügedən nanorobot ölçüsünə görə iynənin ucundan 5000 dəfə
kiçikdir. Dezoksiribinuklein turşusu (DNT) əsasında işləyən robot
boruşəkilli struktura malikdir, onun uzunluğu təxminən 90 nanometr,
diametri 19 nanometr təşkil edir. Nanorobotlar öz konstruksiyası
sayəsində araşdırmalar aparmağa kömək edəcək və özləri şişləri
tapacaqlar. Bundan sonra təhlükəli şişin qanla təmini blok
ediləcək. Nəticədə şiş bir neçə həftə sonra məhv olmağa başlayacaq.
Nanorobotlar siçanlar üzərində sınaqdan keçirilib. Bir neçə gün və
ya həftə ərzində şişin ölçüsünün xeyli azalması, çox vaxt isə tam
məhv olması müşahidə edilib.
Layihənin əməkdaşlarından biri olan Çinli alim Çjao nanorobotlar
haqqında məlumat verərkən, robotların xüsusilə geniş yayılan insult
riskini azaldacağını deyib:
"Kimyəvi terapiya və radiasiyadan fərqli olaraq, DNT nanorobotları yaxınlıqdakı sağlam toxumalara ziyan vurmadan şişləri müalicə etmək qabiliyyətinə malikdir. Nanorobotlar beyində toplanmır və beləliklə, insult riski yoxdur”.
Könül Cəfərli
-
Magazin217:00Məşhur cütlüyün 20 milyon dollarlıq toyu
-
Dünya16:47"Qazax şahzadəsi" ABŞ-da 35 milyonluq malikanəni cəmi 10 dollara aldı - FOTO
-
Rəsmi xronika15:44Prezident bu qanunda dəyişikliyi təsdiqlədi
-
Sosial14:58Şıx çimərliyində qalmaqallı görüntülər: Rəsmi qurum iddialara cavab verdi - VİDEO
-
Sosial14:36ƏƏSMN bu qədər şəxsi işlə təmin etdi
-
Kriminal13:05Bakıda qayınata gəlinini narahat edən şəxsi avtomobillə vuraraq öldürdü - YENİLƏNDİ
-
Dünya12:08Rusların telefon zarafatı bu ölkəni qarışdırdı: İstefası tələb olunur
-
İdman11:08Azərbaycan həndbolunda böhran: Çempionat keçirilməyəcək?












.png)





.jpg)






.jpg)





.jpg)






