İKT
Vatsapdan YENİLİK - Dostlarınızın yazışmasını görə bilərsiz
Vatsap istifadə edən “iOS” mobil əməliyyat sistemli smartfonlarda kontaktların aktivliyini görə biləcəyiniz xüsusi mobil proqram istifadəyə verilib.
Publika.az xəbər verir ki, Çatvoç (“Chatwatch”) adlanan mobil proqram Vatsap (“WhatsApp”) mesencerində kontaktların aktivliyini izləmənizə şərait yaradacaq. Belə ki, proqramın köməyilə dostlarınızın mesencerdən nə qədər aralıqda istifadə etməsi, eləcə də hansı müddət aralığında aktiv olduqları haqqında məlumat ala biləcəksiz.
Bundan başqa, istifadəçilər 2 və daha çox kontakların onlayn
vaxtını müqayisə edə, onların bir-biri ilə ünsiyyətdə
olub-olmadığını müəyyənləşdirə biləcək. Sözügedən proqram, həmçinin
istifadəçinin mobil proqramda keçirdiyi vaxtı və bir gün ərzində
messencerdən istifadə tezliyini göstərir.
İstifadəyə verilən proqram tamamilə qanunidir. İstifadəçilərin
hüquqları qorunur. Bu mobil proqram Vatsap mesencerində ayarlardan
deaktiv etdiyiniz "Son görünmə" (“Last Seen”) funksiyasında belə
işləyir.
Sözügedən mobil proqram isə ödənişlidir: proqramçılar 1 həftə
ərzində 2 kontaktı izləmək üçün 1,99 dollar məbləğində ödəniş tələb
edirlər. Eyni zamanda Vatsap mesencerinin rəhbərliyi istədiyi zaman
Çatvoç (“Chatwatch”) proqramının şirkətin məlumatlarına girişinə
qadağa qoya bilər.
Könül Cəfərli
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
















.jpg)





















.jpg)

.jpg)