İKT
Keçmiş rabitə naziri Azərbaycan Prezidentinə MÜRACİƏT ETDİ
Keçmiş rabitə naziri Siruz Abasbəyli Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.
Publika.az xəbər verir ki, keçmiş nazirin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Baş direktorunun keçmiş müavini Xankişi Kişiyevlə birlikdə hazırladığı müraciətdə rabitəçilərin peşə bayramı gününün dəyişdirilməsi təklifi irəli sürülüb.
Onlar rabitəçilərin peşə bayramının dekabrın 9-da keçirilməsini təklif edib.
“Hörmətli Prezidentimiz!
6 dekabr 1881-ci ildə Nobel qardaşlarının neft hasilatı üçün
Bakı şəhərində iki ofisi arasında İsveç mütəxəsisləri tərəfindən
telefon xəttinin çəkilişi günü ölkəmizdə rabitəçilərin “Peşə
Bayramı” günü kimi qeyd edilir. Bu, ölkəmizdə ilk telefon xəttinin
çəkilişi kimi tarixi hadisədir. Amma bu hadisənin milli
dövlətçiliklə və milli peşəkar rabitəçilərin işi ilə hər hansı bir
əlaqəsi yoxdur;
- birincisi, 6 dekabr 1881-ci il tarixində Azərbaycan kimi ölkə
mövcud deyildi və Bakı Rus imperiyasının tərkibində idi. Nobel
qardaşları Rusiya İmperatorunun icazəsi ilə Bakıda
çalışırdılar;
- ikincisi, Nobel qardaşları şirkətlərinə yüksək maaşla İsveç
mühəndislərini və iqtisadçıları dəvət etmişdilər, yerli
Azərbaycanlıları fəhlə kimi işlədib, onlara yuxarıdan aşağı qul
kimi baxırdılar;
- üçüncüsü, Nobel qardaşları neftdən yüz milyonlarla gəlir əldə
etikləri halda, bu vəsaitdən Bakının inkişafına heç nə sərf
etmədilər;
- dördüncüsü, Bakı nefti hesabına təsis olunan Nobel mükafatı,
indiyə kimi heç bir azərbaycanlıya verilməyib. 1944-cü ildə Kremldə
Qurultaylar sarayında Azərbaycanın görkəmli kimyaçı alimi, toluolun
və yüksək oktanlı yanacağını kəşf edən Yusif Məmmədəliyevə Stalin
şəxsən Lenin ordeni təqdim edib. Yusif Məmmədəliyev nobel
mükafatına layiq olduğu halda ona bu mükafat verilmədi;
- beşincisi, Bakının neftinin hesabına toplanmış sərvətlərdən
təhsis olunan Nobel mükafatını Bakıda qırğın törətmiş Mixail
Qorbaçova verilməsi ədalətsizliyin pik nöqtəsidir.
Azərbaycanda kənd, rayon və şəhərlərdə telefon şəbəkələrin yenidən
qurulması, möhtəşəm Teleqüllənin inşası, Azərcell, Bakcell,
Narmobil, Azevrotel, Ultel, Catel MMC-lərin və ilk Beynəlxalq
Telefon Stansiyasının yaranması, ilk internetin təşkili və İKT-nin
inkişafı ilə tərəqisi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin rabitə
sektorunda həyata keçirilmiş bu lahiyələrin hər biri əlamatdar
hadisədir. Bu hadisələrin həyata keçdiyi günlərdən birini
rabitəçilərin peşə bayramı kimi qeyd edilməsi hər bir
Azərbaycanlının və rabitəçilərimizin daha da sevincinə səbəb
olar.
Gləcək nəsillərə miras saxladığımız əlamatdar hadisələrin və
bayramlarımızın Azərbaycanın milli dövlətçiliyi və görkəmli
şəxsiyyətlərlə bağlılığı tarixi önəm daşıyır.
9 dekabr 1995 -ci il Azərbaycanın tarixində rabitə sahəsində ən
əlamatdar hadisə baş verdi. Bu gün Türk dünyasının iki böyük
görkəmli tarixi şəxsiyyətinin - Azərbaycan Respublikasının
Prezidenti Ulu Öndər Heydər Əliyev və Türkiyə Respublikasının
Prezidenti Süleyman Dəmrəlin iştirakı ilə Bakı şəhərində ölkəmizin
ilk Beyəlxalq Avtomat Telefon Stansiyasının açılışı oldu. Telefon
rabitə sahəsində ölkəmizin müstəqilliyi bu stansiya vasitəsi ilə
təmin olundu. Məhz Heydər Əliyevin uğurlu siyasəti nəticəsində
müstəqil Azərbaycanın rabitəsi tam yenidən quruldu.
Hörmətli Prezidentimiz!
1995-ci il 9 dekabr günü - Azərbaycanın müstəqil telefon rabitəsinin yarandığı gününü Azərbaycan rabitəçilərin “Peşə Bayramı Günü” kimi qeyd edilməsinə sərəncam verilməsinə göstəriş verməyinizi Sizdən xahiş edirik.
Hörmətlə,
Abasbəyli Siruz Hüseyn oğlu
Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan filialının prezidenti,
Rabitə və İnformasiya Texnologoyaları İctimai Birliyinin sədri,
akademik.
2. Kişiyex Xankişi Feyruz oğlu,
Azərbaycan Respublikasının Əməkdar Mühəndisi”.
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO