İKT
MTRŞ-da bir sıra kabel yayımçılarının rəhbərləri ilə görüş keçirildi
Yayım operatorları ilə silsilə tədbirlər çərçivəsində 2021-ci il iyulun 8-də Milli Televiziya və Radio Şurasında bir sıra kabel yayımçılarının rəhbərləri ilə görüş keçirilib.
Publika.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Şura aparatının rəhbəri Fazil Novruzov qonaqlara yeni “Media haqqında” qanun layihəsi barədə məlumat verib, qanun layihəsində audiovizual media sahəsi ilə bağlı yenilikləri diqqətə çatdırıb.
Daha sonra Aparat rəhbəri kabel və İPTV yayımı sahəsində əqli mülkiyyət məsələləri ilə bağlı mövcud problemlərdən danışıb, bu kimi məsələlərin ölkəmizin reytinqinə mənfi təsir göstərməsini qeyd edib.
Fazil Novruzov son zamanlar media sahəsində həyata keçirilən islahatların davamı olaraq audiovizual mediada əqli mülkiyyətin qorunması tədbirlərinin gücləndirilməsinin zəruriliyini vurğulayıb.
Görüşdə həm kabel opertorlarının, həm müvafiq dövlət qurumlarının birgə səyi və daha geniş maarifləndirmə fəaliyyəti nəticəsində qısa bir zamanda bu problemləri dünya təcrübəsinə əsaslanaraq həllinin mümkünlüyü bildirilib. Kabel operatorlarının diqqətinə çatdırılıb ki, 01 avqust 2021-ci il tarixdən etibarən Milli Televiziya və Radio Şurası xarici televiziya kanallarının retranslyasiyasına hüquq verən müvafiq müqavilə olmadan həmin kanalların operatorların yayım paketlərinə daxil edilməsinə görə kabel (həmçinin İPTV) yayımçılarına qarşı qanunvericilikdə nəzərdə tutulan tədbirləri həyata keçirəcəkdir.
Daha sonra görüşdə yeni qanun layihəsi və əqli mülkiyyətlə bağlı kabel operatorlarının nümayəndələrinin müxtəlif sualları cavablandırılıb, yayım operatorluğu fəaliyyəti ilə əlaqədar bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.
Milli Televiziya və Radio Şurasında növbəti həftə ərzində digər kabel yayımçılarının nümayəndələri ilə də belə görüşün keçirilməsi planlaşdırılır.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
















.jpg)





















.jpg)

.jpg)