İKT
Rəşad Nəbiyev İrakli Qaribaşvili ilə görüşdü - FOTO
Gürcüstanın Baş nazir İrakli Qaribaşvili ölkədə səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə hökumət administrasiyanın mətbuat xidmətindən bildirilib.
Görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Qeyd olunub ki, Gürcüstan hökumətinin prioritet istiqamətlərindən biri ölkənin tranzit funksiyasını gücləndirmək və regional logistika qovşağının yaradılmasıdır.
Görüşdə regional əhəmiyyətli infrastruktur layihələrə də toxunulub, Bakı-Tbilisi-Qars dəmir yolu, Gürcüstan dəmir yollarının modernləşdirilməsi və Şərq-Qərb avtomagistralının inşası layihələrinin müzakirəsi aparılıb.
İki ölkə arasında ticari əlaqələr məsələsi ətrafında da fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, Azərbaycan son illər Gürcüstanın ən iri ticari tərəfdaşlarının ilk beşliyinə daxildir.
Qeyd edək ki, görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili, “Gürcüstan dəmir yolları” SC-nin Baş direktoru David Peradze iştirak ediblər.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
















.jpg)





















.jpg)

.jpg)