İKT
Onda reket jurnalistlər yox olub gedəcək... - Ələsgər Məmmədli
Ara-sıra cəmiyyətimizdə media mənsublarının qanundankənar fəaliyyəti, şantaj, aldatma yolu ilə pul tələb etmələri müzakirə mövzusuna çevrilir. Amma təəssüf ki, bu növ əməllərə münasibət sərgilənəndə, qiymət veriləndə bəzən hüququn hərfi və hökmü unudulur.
“Hər hansı günah sübuta yetirilənə qədər şəxsin “təqsirsizlik prezumpsiyası” hüququ var, yəni ilk növbədə ortada sübutlar olmalıdır. İstər jurnalist, istərsə də adi vətəndaş olsun, etibardan sui-istifadə edərək hansısa vəsaiti alırsa, bununla bağlı qanunvericilikdə məsuliyyət müəyyən olunur”.
Bunu Publika.az-a açıqlamasında media hüquqları üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli deyib.
Onun sözlərinə görə, burada aradakı münasibəti doğru müəyyən etmək lazımdır:
“Söhbət etibardan sui-istifadə etmək deyəndə onun verdiyi vədə uyğun şəkildə davranmaması nəzərdə tutulur. Məsələn, şəxs hansısa iş görəcək və ya biznes quracaq, amma buna əməl etmir və pulu mənimsəyir. Eyni zamanda mülki hüquq münasibətlərində çoxsaylı qarşılıqlı sözlü və yazılı müqavilələr ola bilir. Sözlü müqavilə odur ki, məsələn, siz bir öhdəlik götürürsünüz, o öhdəlik qarşısında da qarşı tərəf başqa bir öhdəlik götürür. Biri işin icra olunması, digəri də öz öhdəliyini yerinə yetirir. Medianın önəmli tərəfi odur ki, həm də reklam ala, sponsor müqaviləsi bağlaya bilir. Yəni hansısa məqsədlə mal və məhsulların, xidmətlərin təqdimatını edə və bu çərçivədə ödəniş ala bilir. Bu, medianın legitim bazarıdır. Qanun çərçivəsində olur və bunlar şantaj sayılmır. Şantaj üçün onun konkret olaraq asılılıq məsələsi olmalıdır. Yəni əlində hansısa fakt olmalıdır. Əgər bu yoxdursa, şantaj da demək olmaz”.
Ə.Məmmədli hesab edir ki, reket jurnalistlərin sayını azaltmaq üçün ilk növbədə biznes mühitini şəffaflaşdırmaq və məmur korrupsiyasının qarşısını almaq lazımdır:
“Jurnalist və ya jurnalistikanın adından sui-istifadə edən şəxs kimdənsə pul tələb edir, o şəxs də aparıb sakitcə həmin pulu “jurnalist”ə verirsə, demək ki, o pulu normal qazanmayıb, onun deyil. Bataqlıq varsa, ağcaqanad yaşayacaq. Bataqlığı qurutmadan, 5-10 ağcaqanad öldürməklə onun kökünü kəsə bilmərik. Amma bataqlıq çox dərin və vahiməlidir. Onu qurutmaq üçün mücadilə etmək lazımdır. Korrupsiya faktları araşdırılmalıdır. O zaman reket jurnalistlər və şantajçılar yox olub gedəcəklər”.
Akqabay Mıradov
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO









.jpg)












.webp)













.jpg)


