Ekopublika.az
Qətər-Azərbaycan əlaqələrində yeni mərhələ: prioritetlər dəyişir - RƏY
Məlum olduğu kimi, Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani martın 7-də Azərbaycanda rəsmi səfərdə oldu. Martın 8-də Qətər əmiri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdü, sonra iki ölkə arasında bir sıra vacib sənədlər imzalandı. Bu sənədlərin bir neçəsinin mühüm iqtisadi əhəmiyyəti var.
Publika.az bildirir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qətər Dövlətinin Baş Gömrük İdarəsi arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq, Nəqliyyat Nazirliyi ilə Qətər Dövlətinin Nəqliyyat və Rabitə Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq, Maliyyə Nazirliyi ilə Qətərin Maliyyə Nazirliyi arasında büdcə və maliyyə məsələləri sahəsində əməkdaşlıq, Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumları belə sənədlərdəndir.
Bu sənədlərin əhəmiyyətindən danışan millət vəkili Vahid Əhmədov əvvəlcə vurğulayıb ki, Qətər neft-qaz ehtiyatları zəngin olan dövlətdir: “Ona görə Qətər bizim üçün maraqlı dövlətdir. İkincisi də, görüş dövlət başçısının dəvəti ilə reallaşıb. İmzalanan sazişlər də göstərir ki, Azərbaycanla Qətər arasında siyasi-iqtisadi əlaqələr yüksək səviyyədədir. Qətər tərəfindən kənd təsərrüfatına maraq çox böyükdür. Bununla əlaqədar müqavilə imzalandı. Kənd təsərrüfatına sərmayə qoyulması vacibdir. Hesab edirik ki, Qətər bu sahədə yeni texnologiyalara sahibdir.
Maliyyə Nazirliyi ilə Qətər Dövlətinin Maliyyə Nazirliyi arasında büdcə və maliyyə məsələləri sahəsində əməkdaşlıq da mühümdür”.
Millət vəkili onu da bildirib ki, Azərbaycan üçün vacib məsələ investisiya layihələridir: “Bütün bunlar Azərbaycanın qeyri-neft sektorunun inkişafında mühüm rol oynayacaq. Ümumiyyətlə, son zamanlar böyük dövlətlərlə əlaqələrin genişləndirilməsinə başlanılıb. Xüsusilə İranın və son olaraq Qətərin adını çəkmək olar. Bu ölkələr müsəlman dövlətləri olduğundan, iqtisadi əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir”.
Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Murtuzəli Hacıyevdən isə kənd təsərrüfatı sahəsində imzalanan anlaşmanın konkret olaraq nələri ehtiva etdiyini öyrəndik: “Sazişlər kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan müəssisə və təşkilatlar arasında əlaqələrin qurulması, təşviqi, heyvandarlıq, quşçuluq sahəsində əlaqələrin qurulmasını əks etdirir.
Kənd təsərrüfatı mütəxəssisləri üçün təlimlərin təşkili də nəzərdə tutulur.
Bundan əlavə, kənd təsərrüfatının müxtəlif sahələri üzrə simpoziumlar, seminarlar, konfranslar və sərgilərlə bağlı məlumat mübadiləsi sahəsində də saziş imzalanıb.
İqtisadiyyat şöbəsi
-
Kriminal04:14
Paytaxtda QANLI GECƏ: ailə üzvləri yaşadıqları evdə bıçaqlandılar
-
Hadisə03:23
Lənkərandan ACI XƏBƏR: ölən və xəsarət alanlar var - FOTO
-
Magazin202:12
“Miss Russia 2024” müsabiqəsinin qalibi bəlli oldu
-
İKT01:21
"YouTube"a yeni RƏQİB GƏLİR: müsabiqə elan edildi
-
Region00:30
Türkiyədə silahlı qadın doğum evinin həkimlərini GİROV GÖTÜRDÜ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə mövzular gündəmə gələ bilər ki...
-
Hadisə00:00
Xoşqədəm baldızı tərəfindən döyülən qadının VİDEOSUNU YAYDI
-
Əmlak5 Oktyabr 23:36
Bakıda bu evlər sökülür: pul veriləcək - FOTO