Ekopublika.az
AKİA: "Aqrar turizmin inkişafı prioritetdir"
"Ötən il Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 10 müxtəlif istiqamət üzrə ümumilikdə 310 milyon manat subsidiya ödənişi həyata keçirilib".
Publika.az">Publika.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Məmmədova deyib.
Onun sözlərinə görə, ötən il müxtəlif istiqamətlərdə istehsalını genişləndirmək istəyən kənd təsərrüfatı obyektlərinin sahiblərinə 70 milyondan çox aşağı faizli kreditlər və mikrokreditlər ayrılıb: "Bununla yanaşı, kənd yerlərində növbəti istiqamət həyatın daha da yaxşılaşdırılması üçün müxtəlif beynəlxalq təşkilatların nümayəndələri ilə birgə layihələrin reallaşdırılmasıdır. AKİA üçün aqrar turizmin inkişafı prioritetdir".
Leyla Məmmədova bildirib ki, aqrar turizm fəaliyyəti üzrə milli ekspertlər bu layihəyə cəlb edilib və xüsusi təlim proqramları təşkil edilib: "Təlim proqramları İsmayıllı, Qax, Zaqatala və Balakəndə keçirilib. Bu təlim proqramları çərçivəsində marşrutların müəyyənləşdirilməsi, turistlərin yerləşdirilməsi, yeməklərin hazırlanması, gigiyena tələbləri, məhsulların satışlarının təşkili, evlərin qonaq evlərinə çevrilməsi və s. kimi istiqamətlərdə təlimlər keçirilib".
L.Məmmədova əlavə edib ki, hazırda Avropa İttifaqı və AKİA ilə davam edən üçüncü layihə çərçivəsində Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı aqroərzaq sistemlərinin inkişaf etdirilməsi nəzərdə tutulur: "Azərbaycan Turizm Bürosunun texniki dəstəyi ilə bu layihə çərçivəsində biz 3 aqroturizm biznesi müəyyən etmişik və bu 3 aqroturizmə layihə çərçivəsində xüsusi qrant ayrılacaq. Gələcəkdə ayrılacaq məbləğ hesabına seçilən obyektlərə avadanlıqlar və yenidənqurma işlərinə dəstək göstəriləcək. Biz mütəmadi olaraq Turizm Agentliyi və Turizm Bürosu ilə əlaqədə oluruq. Bu il də birgə əməkdaşlığımız olacaq".
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı


















.jpg)











.jpg)


.jpg)

