Ekopublika.az
BirKart sahibləri hədiyyələr qazanacaqlar!
Ölkənin ən məşhur taksit kartı olan BirKart, müştərilər üçün daha bir qazandıran kampaniya təqdim edir. Şərtlərə görə müştərilər BirKartla 20 AZN və daha çox məbləğdə taksitlə və ya birdəfəlik ödəniş etdikdə ballar qazanacaqlar və kampaniya bitdikdən sonra 500-dən yuxarı bal toplayanlar hədiyyələr qazanacaqlar.
Müştərilər topladıqları ballara uyğun hədiyyə əldə edəcəklər. Belə ki, 500-4999 bala 50 mb mobil internet və 20 danışıq dəqiqəsi, 5 000 – 9 999 bala 50 000 “ürək”, 10 000 – 24 999 bala 20 AZN-lik yanacaq doldurma kuponu, 25 000 – 39 999 bala 50 AZN keşbek, 40 000 – 69 999 bala 100 AZN keşbek, 70 000 – 149 999 bal LG televizoru, 150 000-dən yuxarı bal topladıqda isə iPhone 13 smartfonu əldə edəcəklər.
Kampaniya zamanı müştərilər hər əməliyyatdan sonra əldə etdiyi ballar barədə bildiriş alacaqlar. Ballar həm əməliyyat sayı, həm də əməliyyat məbləğinə görə hesablanacaq. Belə ki taksit əməliyyatı etdikdə müştəri hər əməliyyata görə 10, xərclənən hər AZN-ə görə 5 bal qazanacaq. Birdəfəlik əməliyyatlarda isə əməliyyat sayına görə 2, xərclənən hər AZN-ə görə 1 bal qazacaq. Əməliyyat sayına görə hər müştəri taksit ödənişində 10 dəfə, birdəfəlik ödənişlərdə isə 30 dəfə bal qazana bilər. Əməliyyat məbləğinə görə bal qazanmaq üçün limit yoxdur.
30 iyun 2022-ci il tarixində bitəcək kampaniyadan sonra 3 ay müddətində müştəri hədiyyə üçün müraciət etməlidir. Kampaniya bitdikdən sonra qaliblərə qazandığı hədiyyə və onu necə əldə etməklə bağlı məlumat göndəriləcək. Kampaniya haqqında detallı məlumat: https://kbl.az/bktqpr
Qeyd edək ki, BirKart-ın 4 növü var – Taksit, Cashback, Miles və Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi, loyallıq sistemləri və pulsuz SMS məlumatlandırma xidməti. BirKart-ın ölkə üzrə 10 000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 50) 999 81 96 nömrəsinə WhatsApp vasitəsilə, həmçinin BirKart mərkəzlərinə müraciət etmək olar.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp











.png)
















.jpg)
.jpg)





