Ekopublika.az
Azərbaycanda ərzaq yenə bahalaşacaq? - Deputatdan PROQNOZ
Beynəlxalq maliyyə qurumları, o cümlədən, Beynəlxalq Valyuta Fondu (BVF) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) qlobal iqtisadi artım tempinin azalacağını bəyan ediblər. Növbəti aylarda qlobal iqtisadiyyatda artım faizinin düşəcəyini açıqlayan BVF 2022-ci ildə dünya iqtisadiyyatının 3.6 faiz artacağını proqnozlaşdırır. Ötən il dünya iqtisadiyyatı 5.7 faiz böyümüşdü. İndi Dünya Bankı və OECD daha bədbindir. 2022-ci ildə Dünya Bankı 2.9, OECD isə 3.0 faiz artım proqnozlaşdırır. Hər iki qurumun ilin ikinci yarısı üçün gözləntiləri nikbin deyil.
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov söyləyib.
src="/storage/files/upload/da83a93ee1407a87cb76e5d4d6def4fff0901120.jpg" style="width: 350px; height: 245px;" class="fr-fic fr-dib fr-fil">
Millət vəkili bildirib ki, qlobal iqtisadiyyatdakı çətinliklər özünü ərzaq bazarında qıtlıq və qiymət artımı ilə göstərir: “Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq bazarındakı tarazlığı pozub. Hər iki ölkənin buğda ixracatında birgə payı 30%, qarğıdalı, mineral gübrələr satışında 20% idi. Neftin 11 faizi bu regiondan ixrac olunurdu.
Göründüyü kimi, qlobal ərzaq qıtlığı və qiymət artımı 2022-ci ilin əsas iqtisadi və sosial problemi olaraq qalmaqdadır. Aydındır ki, dünya bazarındakı qiymət artımları fonunda Azərbaycanda idxal inflyasiyası qaçılmazdır. Bu amil ölkəyə idxal edilən ərzaq məhsullarının, o cümlədən, buğdanın xərcini artırır. Bu baxımdan, hökumət anti-infliyasiya tədbirləri çərçivəsində strateji ərzaq məhsullarının qiymətlərini optimallaşdırmağa çalışır. Mövcud ehtiyatlar Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra çörəyin qiymətindəki sabitlliyi qoruyub saxlamağa imkan verdi. Bununla belə, növbəti dövrlərdə qiymət dünya bazarındakı dəyişikliklərdən birbaşa asılı olacaq”.
Vüqar Bayramovun sözlərinə görə, Nazirlər Kabineti digər alternativ mənbələri təşviq etməklə, yeni güzəşt mexanizmləri ilə ərzaq məhsullarına tələbin ödənilməsində sabitlliyi qorumağa çalışır: “Rusiya-Ukrayna müharibəsi bir daha göstərdi ki, yeganə dayanıqlı yol idxaldan asılılığın azaldılması, tələbin daha çox yerli istehsalın hesabına ödənilməsidir”.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı














.jpg)




















.jpg)

.jpg)