Ekopublika.az
Mənim sərvətim növbəti 20 il ərzində oraya ötürüləcək - Bill Qeyts
“Microsoft” şirkətinin təsisçisi Bill Qeytsin sərvətinin ən böyük hissəsi Afrikaya çatacaq.
Publika.az xəbər verir ki, Qeyts bunu Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Afrika İttifaqının qərargahında çıxışı zamanı elan edib.
“Bu yaxınlarda mən vəd etdim ki, mənim sərvətim növbəti 20 il ərzində ötürüləcək. Bu maliyyələşdirmənin əsas hissəsi burada, Afrikada problemlərin həllində sizə kömək etmək üçün xərclənəcək”, – Qeyts bildirib.
O əlavə edib ki, pullar Bill və Melinda Qeyts Fondu vasitəsilə daxil olacaq.
Qeyts daha öncə 2045-ci ilədək bu fondun müxtəlif layihələrin maliyyələşdirilməsinə 200 milyard dollar yönəldəcəyini açıqlamışdı.
Qeyd edək ki, hazırda Bill Qeyts planetin ən varlı insanlarının siyahısında beşinci yeri tutur. Onun şəxsi sərvəti 175 milyard dollara çatır.
-
Cənubi Qafqaz21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin121:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin219:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır
-
Dünya15:04Dünya bu möcüzədən danışır: Böyük şəhəri belə sərinləşdirirlər - VİDEO
-
Magazin114:40Tünzalə Ağayeva : “Sənətimin zirvəsindəyəm” - VİDEO











.jpg)








.jpg)















