Köşə
Bir "çıkkkk"lıq xoşbəxtlik
Ulucay Akif
Bir neçə ay əvvəl uzaq bir qohumun toyunda idim. Ümumiyyətlə, toyda iştirak etməyi sevməsəm də, bu dəfə məcbur qalmışdım. Nə yalan deyim, bəylə gəlin elə xoşbəxt görünürdü ki, həsəd aparmamaq əldə deyildi. Elə bil dünyadakı bütün xoşbəxtlikləri onlara vermişdilər. Sonra onları görməsəm də, bu təəssüratım bir neçə il davam elədi. Ta ki, dünən digər bir toyda o cütlüyü görənədək...
Həmin bəyin qardaşının toyu idi. Bir neçə ay əvvəl xoşbəxtliyini qısqandığım bəy həyat yoldaşının yanında əyləşsə də, o yoxmuş kimi davranırdı. Elə bil toya tək gəlmişdi. Hamıyla gülərək, xanımı ilə isə qaşqabaqlı, hətta bir az əsəbi danışırdı. Toyun axırına kimi hamıyla rəqs etsə də, xanımı ilə rəqs etmədi. Masabəyi qardaşını təbrik etmək üçün ona söz verəndə isə mikrofonu əlinə alıb belə dedi:
- Bu dünyada sevib evlənmək hamıya qismət olmur. Qardaşım bəxtəvər adamdır ki, sevib evlənir. Xoşbəxt olsunlar!
Hər şey aydın oldu. Artıq onlara yazığım gəlirdi. Ancaq xanım bu sözləri deyən həyat yoldaşı ilə gülümsəyərək şəkillər çəkirdi. Təbəssümü elə sadəcə şəkli çəkdiyi müddətdə davam edirdi. Bircə onu görürdüm ki, xanımın təbəssümü telefon "çıkkkkk" edən kimi sönürdü...
Bu gün böyük sevgi, karyera, uğurlu iş gələcəyi, qadın və kişilərin hüquq bərabərliyindən danışan bir qız da universiteti bitirən kimi evləndi. Evlənmədi, ərə getdi. Ərə də getmədi, ərə verdilər. Özü də sübut etdi ki, onun üçün nə sevgi, nə iş, nə də karyera önəm kəsb etmir.
Yox, yox, ailəsi zorla ərə vermədi o qızı. Əlbəttə ki, istəsə, evlənməyə də bilərdi. Sevmədən evlənə bilməyəcəyini deyə bilərdi və bunu etsə, heç kim onu zorla ərə verməyəcəkdi, amma demədi. Çünki bəzi rəfiqələri artıq evlənmişdi və o da tezliklə evlənib ər çörəyi yemək istəyirdi. Deyəsən, qızların arasında ən böyük rəqabət də elə bu olur: “Kim daha tez evlənəcək və daha tez ər çörəyi yeyəcək”.
Hə, bizim qızlar evlənəcəyi oğlanı cəmi 1 aya da seçə bilirlər. Nə olsun? Nə olsun ki, evləndiyi oğlanı hələ bir aydır tanıyır? Nə olsun ki, evləndiyi oğlanla danışanda ona "siz", ya "sən" deyə müraciət etməli olduğunu hələ bilmir? Nə olsun ki, evləndiyi oğlanın nə musiqi zövqünə, nə də digər maraqlarına bələddir? Oğlanın xarici görünüşünün də onun ürəyincə olmamasının heç bir əhəmiyyəti yoxdur. Əlbəttə, bunların hamısı boşdur. Əsas odur ki, rəfiqəsinə oğlanın sürdüyü maşının, işlədiyi yerin adını və maaşını deyəndə rəfiqəsinin gözləri bərələ qalmışdı. Elə ona da bu lazımdır.
Əsas odur ki, indi nişan, toy günündən şəkillər paylaşıb xoşbəxt olduğunu göstərir. Kiməsə nəsə sübut edir.
Sonra isə belə olur…Həyat yoldaşı vaxt tapanda onu gəzməyə aparır, o da telefon əlində ancaq şəkillər çəkir və sosial şəbəkələrdə paylaşır, rəfiqələrinə göndərir. Getdiyi məkanları işarələyir. Heç həyat yoldaşı ilə iki kəlmə söz də danışmır düz-əməlli, amma...
Əsas odur ki, həyat yoldaşı ilə çəkdiyi şəkillərdə gülür və "Həyatımın mənası", "Aşkım", "Nə yaxşı ki, varımsan" tipli başlıqlar yazıb paylaşır və onun bu bədbəxt hala gəlməsinə səbəb olan rəfiqələri də şəklə "Əsl xoşbəxtlik", "Canım, həmişə belə xoşbəxt ol", "Xoşbəxt olmağa layiqsən" kimi şərhlər yazırlar.
Görəsən bu aqibəti yaşayan, ya da yaşayacaq rəfiqələr doğrudanmı onun xoşbəxt olduğunu düşünürlər? Onun üçün bu addımdan sonra qadın olmağın bitdiyinin fərqində deyillərmi? Belə evlilikdən sonra bəlkə də o, yaxşı həyat yoldaşı, yaxşı ana ola biləcək, amma heç vaxt xoşbəxt qadın olmayacaq
Və əminəm ki, bir gün o da övladına "Sevib evlənmək nədir? Düz-əməlli biri ilə evlən. Sevgi zamanla da yaranar. Gedib aclıqdan ölmə!" - deyərək həyatdan intiqam alacaq.
Beləcə... dünya bədbəxt körpələrlə dolub-daşacaq...
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Emosiyalarınızı idarə etmək çətinləşəcək
-
Sosial10 Oktyabr 23:48
Ali məktəbi yüksək nəticə ilə bitirən gənc QƏFİL ÖLDÜ
-
ABŞ10 Oktyabr 23:24
Məşhur ailənin ən yaşlı üzvü VƏFAT ETDİ - FOTO
-
Magazin110 Oktyabr 23:12
Aygün Kazımovanın bu geyimi görün neçəyədir - FOTO
-
Səhiyyə10 Oktyabr 22:36
Bu xəstəliklər bağırsaq xərçənginə YOL AÇIR
-
İdman10 Oktyabr 22:24
Azərbaycanda televiziya kanalına o rəhbərlik edəcək - FOTO/TƏYİNAT
-
Avropa10 Oktyabr 21:15
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı belə QƏRAR VERDİ
-
Sosial10 Oktyabr 21:05
Əhmədin müzakirələrə səbəb olan məhkəmə qərarı ilə bağlı RƏSMİ AÇIQLAMA