Köşə
Sizə poema həsr edəcəm
Ulucay Akif
Qarabağla bağlı danışanda, yazanda o qədər emosionallaşıram ki, saxta pafoslu görünəcək bir şey deməmək üçün birbaşa söhbətə keçəcəm. Çalışacam fikirlərimi bacardığım qədər qısa və konkret ifadə edim.
Əvvəla istəyirəm müharibə əleyhinə olduğunu bildirənlərə bir-iki kəlmə deyəm.
Buna da “əsgər analarının gözü yaşlı qalmasın” deyərək haqq qazandırırlar. Biz də istəmərik analarımız gözüyaşlı qalsın, əsgərlərimiz şəhid olsun, amma Qarabağı istəyiriksə, hər şeyə hazır olmalıyıq.
Təsəvvür edin ki, evinizin həyətinə ilan girib. Özü də çox təhlükəli bir ilan. Hər an sizə hücum edə biləcək zəhərli bir ilan. Siz o ilanı öldürmək istəyəndə, kimsə desə ki, eləmə, səni sanca bilər. O ilanın başını əzmək fikrindən daşınacaqsınız?
Bəs o ilan dolu həyətdə sizin övladlarınızın nə vaxtsa oynayacağını düşünmürsünüz? O vaxta kimi ilanlar da çoxalacaq. O ilanlar hər an sizin övladlarınıza, sevdiklərinizə hücum edə bilər axı.
Elə buna görə də vaxt itirmədən o ilanın başını əzmək lazımdır.
***
Keçək Qarabağa olan sevgisini bildirənlərə lağ edənlərə.
Əgər kimsə özünü göstərmək, ya “like” (bəyənmə) xətrinə vətənpərvər paylaşımlar edirsə, qoy etsin. Lap savaş olsa getməyəcək adamlar da belə paylaşımlar edə bilər. Bunun heç bir ziyanı yoxdur.
Şəxsən mən qolumdakı problemə görə hərbiyə yararlı sayılmıram. Yenə də müharibə olsa, bu savaşda mütləq iştirak edəcəm. Lap mənə silah verməsələr də, bacaracağım digər işləri görəcəm. Müharibə sadəcə silahla olmur ki. Guya bunu bilmirsiniz? Bəs arxa cəbhə nəyə deyilir? Bu Vətən üçün hər işi görməyə hazırıq biz.
Təkcə kişilər yox, elə qadınlarımız da.
Dünən bir xanım statuslarımdan birinə şərh yazmışdı ki, müharibə olsun, bütün gücümlə iştirak edəcəm mən də. Xanımın profil şəkli diqqətimi çəkdi, girib baxdım, əlil arabasında idi. Təsəvvür edirsiniz? Sizcə, əlil arabasında olan bir xanım belə bir şeyi qeyri-səmimi deyə bilər?
Axı hansı üzlə bu xalqın Vətən sevgisini saxta adlandırmağa çalışırsınız?
Axı bu xalq Sovet ordusunun qarşısına əliyalın çıxmış xalqdı. Axı bu xalq 1989-cu ildə “İlin ən mübariz xalqı” seçilib.
Biz həmişə bu Vətən üçün meydanlara çıxmışıq və yenə sübut etdik ki, həmin xalqıq!
Sonda isə istəyirəm Ali Baş Komandanımız İlham Əliyevə müraciət edim.
Cənab Ali Baş Komandan! Biz sizin arxanızdayıq! Ölkənin müxalif düşüncəli şəxslərindən tutmuş, iqtidar tərəfdarlarına kimi hər kəs sizin arxanızdadır.
Təki bu məsələdə geri addım atmayaq. Sizin hakimiyyətiniz dövründə Qarabağı işğaldan azad etsək, adınız tariximizə qızıl hərflərlə yazılacaq! Sizin heykəllərinizi xalq özü ucaldacaq!
Söz verirəm, mən də sizə poema həsr edəcəm! Təki Qarabağ məsələsini kökündən həll edək!
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ




































