Köşə
Hamımız kirayə evdə xəzinə gizlədirik
Leyla Sarabi
Hər yeni gün ərəfəsində feysbukun yaddaş tornadosu saçımın ucundan torpağa axan xatirələri içimə sovurur. Məsələn 6 il əvvəlin bu gecəsi qədim Qalliya torpağında keltlərin addım səsləri mənə laylay çalırmış. O qədər xoşhal imişəm ki, kainatdan küsməyə bəhanə axtarırmışam. Universitet illərində Röyanın dadandığım bütün acı mahnılarını dinləyib hələ birini də paylaşmışam.
O məqamda beynimdə tıxac yaradan bütün nanofikirlərim fransız ətri kimi burnumu deşir indi. Məsələn hansısa keltin savaşda itirdiyi canına kövrəlib, nə yaxşı ki, ağlamağa daha real səbəbim yoxdur demişəm. Çox keçməyib, gözümün suyunda çat verib qabıq dəyişmişəm. 3 il əvvəlin bu günü ciyərimə çökən yetimlikdən şikayətlənmişəm feysbuka. Sonra bütün planetlər məni anam boyda qucaqlayıb.
Məncə, bəzi adətlər var ki, ucu kainatın enerji ocağından isinir. Məsələn düyü dilimin ən müqəddəs tamıdır. Bəmbəyaz genetik kodumdur. Doğulanda başımızdan tökürlər, öləndə acımız boyda qaşıqlayıb udurlar.
Əslində hər oyanış yeni doğuluşdur. Bu gün mən də dirilişim adına 32-mi tökməyə 32 düyü götürürəm. Ruhuma düyü ətri qədər doğma olanları ovcumun içində bəsləyirəm.
Ayrılıq həmişə dəmir hasarı qucaqlayan qanlı barmaqlar qədər göynəkdir. İnsan heç vaxt ağrımayan orqanlarının fərqinə varmır. Bəzən kor bağırsaq elə sancır ki, ürəyini unudursan. Demək, barmaq məftillərə dolaşmalıdır ki, bədəninə ekvatoru sığdıran qanının qədrini biləsən. Demək, sənin olan bağırsağını da ürəyindən ayırmamalısan.
Mənim bu gün heç bir şikayətim yoxdur. Nə vaxtsız uçan anamın ağrılarına, nə də ovcuma şiş batıran sevdiklərimə görə düyü boyda da üsyan etmirəm. Sanyasalar bəzən 40 gün dağlara çəkilirlər. Özlərilə cəmi bir kasa bişmiş düyü götürürlər. Bütün zərrələrini boğub, yenilərini doğanadək, o düyüdən dənləyirlər. Hələ çoxu quşları da yemləyir. Vaxt tamam olanda, düyünlərini çözüb bir əllərində məhəbbət, digərində düyünün tən yarısı yerə enirlər. Bəlkə də 40 gün tox qalmağa elə 40 düyü dəni bəs edir insana?!
Everestin göyündən sanyasa baxışı baxsaq, hamımız bu planetin kirayəşinləriyik. Başımızı tumarlayan, ruhumuzu bəsləyən, əlimizi buraxıb yıxılmağımızı gözləyən, ağrılarımıza vecsiz qalan hər kəs bir az güc qatır canımıza. Və bu kirayə evimizin içində ilim-ilim itirdiklərimizlə, qazan-qazan qazandıqlarımızla dünya boyda xəzinə gəzdiririk özümüzlə. Dünya boyda xəzinə gizlədirik - özümüzü.
-
Nida Xəbər 12:08Bakının təhvil verdiyi ermənini İstintaq Komitəsinə apardılar : Dindirirlər
-
Dünya12:02Moskvada Britaniya kəşfiyyatçısı ifşa edildi: Görün harada işləyirmiş
-
Dünya10:54ABŞ göstəriş verdi: Təyyarədaşıyan gəmi bu bölgəyə gəldi
-
Elm və təhsil10:12VACİB AÇIQLAMA: Bu halda məktəblərdə...
-
MDB09:18“Ən varlı deputat” həbs edildi: Bu qədər pul mənimsəyib
-
Magazin108:10Tacirin oğlunu evləndirməzdən əvvəl etdiyi hərəkət gündəm oldu - Qadağan imiş…
-
İdman07:15Bu klubun prezidentindən şok açıqlama: Messiyə 1,4 milyard təklif etdim
-
Dünya06:46Dünyaya asteroidin çırpılacağı barədə xəbərlər yayıldı - Alimlər nə deyir?












.jpg)

























