Köşə
Bizdə niyə milli dil günü yoxdur?
Tural Turan
Bu gün – yəni 21 fevral Beynəlxalq Ana dili Günüdür. Artıq 22 ildir ki, bütün dünyada Beynəlxalq Ana dili Günü qeyd olunur.
Bəs bizim niyə Milli Ana dili Günümüz yoxdur? Axı, neçə min illik tarixə malik olan Azərbaycan dili hələ 1501-ci ildə Səfəvilər Dövlətinin dövlət dili səviyyəsinə yüksəlib. 1918-ci ilin 27 mayında Azərbaycan Xalq Cümhuriyyətinin dövlət dili elan edilib. 1977-ci ilin Azərbaycan SSRİ, 1995-ci ildə müstəqil Azərbaycan Respublikalarının konstitusiyalarında bu dil dövlət dili kimi rəsmi statusa yiyələnib.
Məncə, bu haqda ciddi şəkildə düşünməliyik. Doğrudur, ümummilli lider Heydər Əliyevin sərəncamı ilə hələ 2001-ci ildə 1 avqust tarixinin Azərbaycan əlifbası və Azərbaycan dili Günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalanmışdı. Amma bu sərəncamın bünövrəsi əsasında Ana dili Günü tarixini qeyd edə bilərik. Yenə deyirəm, dilimizlə bağlı 365 günlük təqvim ilində kifayət qədər önəmli tarixi hadisələr də olub.
Bundan başqa paytaxt Bakı ilə yanaşı, digər rayonlarda da Ana dili abidələri və Ana dili parkları quraşdırmalıyıq. Bu ona görə vacibdir ki, xalq, ən əsası gənc nəsil öz dilinə həmişə sevgi və rəğbət göstərsin. Ona sahib çıxsın. Çünki ana dili milli kimliyimizin əsas təməl daşlarındandır. Həmin parklarda, yazılı və şifahi ədəbiyyatımızdan nümunələr, incilər, Mirzə Kazım bəyin, Yusif Balasaqunlunun, Mahmud Qaşqarlının heykəlləri ucaldılmalıdır. Eləcə də ədəbi dilimizin inkişafına töhfə verən şair və yazıçılarımızın də büstləri, heykəlləri orada öz yerini tutmalıdır. Bunun üçün dövlətimiz bütün resurslara, imkanlara malikdir.
Eyni zamanda, bayraq, gerb, himn kimi dövlət atributlarından biri də elə ana dilimizdir. Babalarımızın bizə əmanətidir. Bütün dillər ana dilidir, bizim dilimiz isə ata dili! Ona görə ki, Azərbaycan türkçəsi şeir dili ilə yanaşı, həm də döyüş, ordu, savaş dilidir.
Uzun illərin istilaları dilimizə çoxlu sayda ərəb, fars, slavyan kökənli sözlərin ana dilimizdəki bir çox ifadələri sıxışdıraraq çıxarıb. İndi biz həmin sözlərin dilimizə yenidən transormasiyası üçün çalışmalıyıq. Həmin milli, türk kökənli sözlər yenidən ana dilimizdə vətəndaşlıq statusu almalıdır. Unudulan, “yadlaşdırılan” həmin doğma sözlərimiz indi dialekt və şivələrimizin qan yaddaşında indi də qalmaqdadır. Məsələn, biz niyə “bədiz” sözü varkən, ərəbcədən alınan “rəssam” deməliyik?! “Çağ” sözümüz varkən, niyə farscadan “zaman” sözü dilimizi “yaralamalıdır”?.. Bu cür örənklərin sayı nə bitər, nə də tükənər...
Vaxtilə bununla bağlı dialekt və şivələrimizin yaddaşında ilişib qalan 1000 sözü kitab halında işləmişdim. Dilimizin inkişafına bir filoloq kimi töhfə vermək istəyirdim. Amma maddi imkanım çatmadığından onu çap etdirə bilmədim.
Təklif edirəm ki, yüksək dövlət orqanlarına vəzifəyə təyin olunan şəxslər də dil imtahanından keçməlidirlər. Ana dilini bilməyənlər isə hansı bilik və bacarığa sahib olsalar da yüksək postlara təyin olunmamalıdırlar.
P.S: Dilə sevgi isə birmənalı olaraq ailədən başlayır. Ailənizi milli özüllər, təməllər üzərində atın. Yeri gəlmişkən, “təməl” sözünün yerinə də “özül” ifadəsini daha çox işlətməyə borcluyuq.
Milli Ana dili Gününüzü təbrik etmək diləyi ilə...
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...