Layihə
“Allah məni…”- Vaqif Səmədoğlu ilə söhbət - VİDEO
Mənə yaşamaq yox,
şeir yazmaq gərəkdir…
Ədəbi sözün əbədi hüzurunda dayanmaq üçün Tanrıdan möhlət istəmişdi. Çox yaşamaq istəyirdi. Yadımdadır ki, 2014-cü ildə 75 yaşını yorğan-döşəkdə tamamlamışdı. Həmin vaxt xəstəliklə mücadilə edən və danışmaq iqtidarında olmayan şairin arzularını “sevgilim”,- deyə müraciət etdiyi ömür-gün yoldaşı Nüşabə xanım söyləmişdi. Demişdi ki, Vaqifin ən böyük arzusu 92 il ömür sürməkdir. Amma biz kimik ki… Ömrü verən də Allahdır, alan da. Amma Səməd Vurğunun istəkli oğlu Vaqif nəinki arzuladığı yaşa çatacaq, hətta heç vaxt ölməyəcək. Çünki o ömrünü elə şeir yazdığı andan əbədiləşdirmişdi. Şeirin Allahı idi axı. Bunu ancaq o bacarardı.
Publika.az xəbər verir ki, bu gün sevilən şair Vaqif Səmədoğlunun cismən bizlərdən ayrıldığı gündən bir il ötür. Misralarını başımda dolandıra-dolandıra onu xatırlayıram.
Nə varım var, nə barxanam,
Ömür yükü bağlamağa.
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa…
Bu misralar bizi əvvəlki kimi silkələyirsə, ruhumuzun hisini, pasını, tozunu təmizləyib parıldada, yorğun könlümüzün ritmini sürətləndirə və bizləri sözün romantik anlamında həyəcanlandıra bilirsə, demək, Səmədoğlunun ölümündən danışmaq sərsərilikdir. İstənilən vaxt, istədiyimiz yerdə onu görə, duya və söhbətləşə bilərik. Yetər ki, onunla söhbəti arzulayaq. O andaca misraları hayımıza çatacaq, bizi söhbətə çəkəcək. Həmin söhbətdən sonra anlayacağıq və biləcəyik ki, ey dadi-bidad bu həyat təkcə maddiyyat və yemək arxasınca qaçıb, qarnımızı doyurmaqdan, boynumuzu yoğunlatmaqdan, kasıb-kusubu bəyənməyib onlara yuxarıdan aşağı baxmaqdan, pulu imicə çevirib mənəviyyatımızı ac qoymaqdan ibarət deyilmiş. Bu həyat həm də yaşamaq, ruhumuzla baş-başa qalmaq, gözümüzü-könlümüzü sevindirmək, dəyər vermək, dəyərləndirilmək üçün Tanrının bəxşişidir. Bu bəxşişin qədrini bilmək, həyatı doya-doya yaşamaq üçün zamanımız o qədər də uzun deyil.
Gördünüz, Vaqif Səmədoğlu ölməyib, “onunla söhbətləşmək mümkündür”, - deməkdə yanılmamışam. Elə-belə dillənmədim, məni o dilləndirdi. Özü isə misraların arxasından sakit-sakit boylanıb məni dinlədi. Danışmadı. Bilirsiniz niyə? Çünki deyəcəklərini misraları deyirdi. Məndənsə ona bir təşəkkür düşür: “Səsimə səs verdiyin üçün çox sağ ol, şair, yaxşı ki, varsan!”
Cəvahir Səlimqızı
-
Sosial16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
-
Rəsmi xronika15:43İlham Əliyev sərəncam imzaladı
-
Hadisə14:30Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın görüntüləri - VİDEO
-
Magazin213:13Şvartsenegger 14 illik sevgilisini üzə çıxardı: Görün kimdir - FOTO
-
Region12:04Simonyanla Anelya rəsmi nikaha girdilər
-
Dünya10:30Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi
-
Rəsmi xronika10:27Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi
-
Hadisə09:13Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI
















.jpg)























