Magazin1
“Maşın”da onlar yarışacaq – SİYAHI
Ölkənin ən reytinqli layihəsi olan "Maşın” şou oktyabrın 1-dən start götürəcək. 17-ci sürətdə də ənənəvi olaraq 18 məşhur yarışacaq.
İştirakçıların adı gizli saxlanılsa da, musavat.com bəzilərinin kimliyini öyrənib.
Avtomobil qəzası keçirdiyi üçün ötən verilişdə iştirakçı ola bilməyən müğənni Türkan Vəlizadə bu dəfə maşın ətrafında olacaq.
Daha öncə şouya qatılan və ikinci olaraq layihəni tərk edən Elcan Rəsulovun da adı iştirakçılar arasında var. Lakin "Ər-arvad” serialında Elcanın tərəf müqabili olan aparıcı Kəmalə Piriyevə oyuna qatılsa, Elcanın siyahıdan çıxarılacağı bildirilir.
Yeni klipləri və qalmaqallı açıqlamaları ilə diqqət çəkən müğənni Rəqsanənin qızı Aysun da avtomobil uğrunda yarışacaq.
"Mash-up”ları ilə trenddə birinci olan vayner Rəsul Abbasov da "Maşın” ətrafında yer alacaq.
Maraqlı iştirakı və açıqlamaları ilə "Maşın” şouya damğa vuran müğənni Səidə Sultan yenidən tamaşaçı qarşısına iştirakçı olaraq çıxacaq.
Aparıcı Samir Bayramlının da siyahıda olduğu məlum olub.
Ötən buraxılışlarda uşaqlarının balaca olduğunu deyərək layihəyə qatılmayan aktrisa Sevinc Əliyeva Murad Dadaşovun təklifini geri çevirməyib.
Sosial şəbəkə fenomeni olan Bayram Nurlunun adı siyahı da olsa da, daha sonra onun iştirakçı olması təsdiqlənməyib. (musavat.com)
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO







.jpg)
.png)



























