Magazin1
Maral Tahirqızının ölüm xəbəri YALAN ÇIXDI - AÇIQLAMA - (YENİLƏNDİ)
Maral Tahirqızı avtomobil qəzasında ölməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
Publika.az xəbər verir ki, müğənni bildirib ki, bir il əvvəl qəza keçirdiyi doğrudur. Lakin bu yaxınlarda heç bir qəza hadisəsi baş verməyib.
“Sağam və yaxşıyam” deyən müğənni instaqramda bu barədə geniş açıqlama verəcəyini qeyd edib.
İddia olunur ki, yalan məlumatları Səbuhi Xanlarov piar məqsədi ilə yayıb.
***
Bu gün sosial şəbəkələrdə müğənni Maral Tahirqızının yol qəzasında ölməsi barədə məlumatlar yayılıb.
Publika.az xəbər verir ki, yol polisi son sutka ərzində baş vermiş yol qəzalarında Gülməmmədova Maral Tahir qızının ölməsi barədə məlumatın olmadığını bildirib.
Qeyd edilib ki, hələlik rəsmi qurumlarda Maral Tahirqızının ölümü barədə məlumat yoxdur.
Muxtar
***
Qeyd edək ki, BiG.AZ saytı Müğənni Maral Tahirqızının (Gülməmmədova Maral Tahir qızı) bu gün səhər saatlarında yol qəzasında vəfat etməsi barədə xəbər yayıb.
Qeyd edək ki, Maral Tahir qızı 2015-ci ildə barəsində Xətai Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində əvvəlcə Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra müğənni barəsində başlanan cinayət işi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Xətai Rayon Məhkəməsinin hökmü ilə M.Tahirqızı 3 il müddətinə azadlıqdan məhrum edilib. O, 2017-ci ilin oktyabrında azadlığa çıxıb.
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı






























.png)


.jpg)



