Magazin1
Elzadan ETİRAF: “Arzu edirəm ki, qatıq satım” - VİDEO
ARB TV-nin “Onun sirri” verilişinin növbəti qonağı Əməkdar artist Elza Seyidcahan olub.
Publika.az xəbər verir ki, uşaq vaxtı qatıq satdığını etiraf edən sənətçi indi də qatıq hazırlayıb satmaq istədiyini bildirib.
“Atam bizə pul göndərmirdi deyə anam da qatıq mayalayırdı, şirniyyat bişirib satırdı. Nizami adında bir qohumumuz vardı. Onun süd maşını vardı. Bizə süd gətirirdi. Anam da qatıq çalıb satırdı.
Bir gün qatıqları mənə verdi ki, aparıb satım. Balaca çəlimsiz qız idim. Yolda məndən 2-3 yaş böyük oğlanlar qatıqları məndən alıb üzünü yedi. Mən də ağlaya-ağlaya qorxaraq gəldim evə. Anama dedim, o da mənimlə birgə ağladı. Uşaq vaxtı bundan da maraqlı olmuşam. Mən nəinki qatıq satırdım, Konservatoriyada oxuyanda səhərlər saat 6-da oyanıb anama şor qoğal, “peraşki” bişirməsinə kömək edirdim. Anam onları isti-isti satırdı. Arzu edirəm ki, daha çox qatıq satım. İmkanım olsun heyvandarlıqla məşğul olum, o qatıqları özüm mayalayıb satım” - müğənni qeyd edib.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO







.jpg)
.png)



























