Magazin1
Məşhur simalardan Rusiyaya çağırış - VİDEO
Rusiya şou-biznesinin böyük hissəsini ukraynalı müğənnilərin təşkil etdiyi heç kimə sirr deyil.
Publika.az xəbər verir ki, sənətçilər Rusiyanın Ukraynaya hücum etməsini kəskin şəkildə qınayıb. Ulduzların bir çoxu sosial şəbəkədə bu barədə paylaşımlar edir.
Vera Brejneva bildirib ki, Ukrayna bu səhər həyəcan siqnalları ilə oyanıb: “Ukrayna sülh ölkəsidir, sülhsevər xalqdır, biz sülh istəyirik, müharibə deyil. Biz müharibəyə qarşıyıq, müharibəyə heç nə haqq qazandıra bilməz. Onu dayandırın”.
Rusiyanın Əməkdar artisti Valeri Meladze videomüraciətlə çıxış edib: “Sizdən xahiş etmək istəyirəm ki, hərbi əməliyyatları dayandırasınız və danışıqlar masasına əyləşəsiniz. İnsanlar razılığa gəlməyi bacarmalıdırlar. Bunun üçün bizə dil verilib. İnsanlar ölməməlidir, bunu dayandırmaq lazımdır”.
View this post on InstagramŞoumen Maksim Qalkin: “Sübh tezdən Ukraynadan olan doğmalarım və dostlarımla əlaqədəyəm! Nə hiss etdiyimi sözlə ifa etmək olmur. Bunu necə etmək olar! Müharibəyə heç bir halda haqq qazandırmaq olmaz! Müharibəyə yox!”.
Ukraynaya daha bir dəstək ukraynalı müğənni Nastya Kamenskidən gəlib: “Ukrayna sülh tərəfdarıdır. Bu çətin günlərdə güclü qalırıq və ölkəmiz üçün dua edirik. Biz Ukraynayıq!”.
Anna Sedokova bu hadisələrin uşaqlarda dərin travmalar qoyacağını qeyd edib: “Uşaqlarımız. Onların gözlərinə necə baxacağıq? Siz hakimiyyətə, pula həris olanlar, qanla qazandığınız brilyantlarınızı hara aparacaqsınız? Müharibəyə yox!”
Aparıcı İvan Urqant instaqram hesabında müharibə əleyhinə şüarlar paylaşıb.
View this post on Instagram
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı













.jpg)






.jpg)



















.jpg)




