Magazin1
ABŞ-a gedən Nura Suri nələr yazdı
Amerikaya üçüncü səfərimdir. Gəzməli, görməli yerləri çoxdur. Pulun varsa, yaşaya bilərsən. Los-Ancelesdəyəm, burada həyat çox bahadır. “Greencard” udub sevinən insanların çoxu buradakı həyata hazır olmalıdır. Öz sənət və peşələrinə uyğun iş yeri və ştat seçməlidirlər.
Publika.az xəbər verir ki, bu sözləri Nura Suri sosial şəbəkədə yazıb.
Müğənni bildirib ki, ali təhsili olmayan insanların məişət işlərində çalışmaqdan başqa bir şansı olmaya bilər:
“Əgər başqa sənətiniz və burada keçərli olan diplomunuz yoxdursa, dayə, ev təmizliyi, kuryer və bu kimi işlərdə yaxşı qazanmaq olar. Azərbaycan və Türkiyədəki kimi heç nə rahat deyil. Əvvəllər daha asan idi, indi isə əksinə.
Çox yerdə nağd pul götürmürlər. Bizim bank kartlarımız hər yerdə keçərli deyil (məndə “Premium Bank”ın kartıdır), sistem fərqlidir. Nə qədər pulunuz olsa da burada sığortasız, işsiz yaşamaq mümkün deyil.
Vəkil, həkim çox bahadır. Ev almaq, kirayə yaşamaq asan deyil. Sənəd işi zülmdür. Çox vaxt aparır, hövsələ və səbr lazımdır. Yemək və benzin bahadır. Elektron avtomobil sərfəlidir. Parkinq bahadır. Harada gəldi park etmək mümkün deyil”.
Müğənni qeyd edib ki, alıcılar həm də ərzaq vergisi ödəyir:
“Mağazada gördüyünüz qiymətin üstünə kassada əlavə olaraq vergi hesablanır. Hotellərdə otağa ödədiyiniz pul, vergi və digər xərclər (idman zalı, hovuz və s.) ayrı-ayrı hesablanır (Meksikada da belədir). Bütün bu xərcləri onlayn bron və ya turizm şirkətləri ilə dəqiqləşdirin ki, əvvəlcədən hesablansın. Ölkəyə giriş-çıxışda vaksin və test tələb olunur”.
-
Sağlamlıq17:26Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış - ARAŞDIRMA
-
Dünya16:44Daşqın qurbanlarının sayı 700-ə çatır - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
MDB15:40Yeni Buça dəhşəti - 37 ölü, 42 yaralı var(YENİLƏNDİ)
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA











.jpg)











.jpg)











.jpg)

.jpg)