Magazin1
Ciyərini qardaşına verən müğənni ilə bağlı maraqlı faktlar... - VİDEO
Video əlavə olunub.
xxx
Bu gün müğənni Nərmin Kərimbəyovanın səhhətinin ağırlaşması barədə xəbərlər yayılıb. Qeyd olunur ki, qaraciyərinin bir hissəsini Hepatit xəstəsi olan qardaşı Kamran Kərimbəyova verdiyi üçün müğənninin sağlıq durumu kritikləşib və Türkiyədə xəstəxanada reanimasiyaya yerləşdirilib.
Publika.az müğənni Nərmin Kərimbəyova ilə bağlı maraqlı məlumatlar əldə edib.
Bildirilir ki, 33 yaşlı müğənni ixtisasca hüquqşünasdır. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. O, 2009-cu ildən 2011-ci ilə kimi Bolqarıstanda Qadın İnsan Hüquqları İnstitutunda (Women's Human Rights Training Institute) qadın hüquqlarının qorunması ilə məşğul olub. Hüquqşünas kimi beynəlxalq sahədə 10 il fəaliyyət göstərib. Müğənni 2015-ci ildə “Səs Azərbaycan” layihəsində iştirak edərək yarımfinaladək yüksəlib. O, 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında "Zirvə" mahnısını ifa edib. 2018-ci ilin may ayından isə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin orkestri və "Nur" rok qrupu ilə çalışır. Ailəlidir, 1 qızı var. Professor Əbülfəz Nəcəfovun nəvəsidir. Ə.Nəcəfov Dünya Səhiyyə Təşkilatının yoluxucu xəstəliklər üzrə Azərbaycandan ilk eksperti olub.
Müğənni müsahibələrindən birində böyük səhnəyə hazır olduğunu bildirib: “Dünya səviyyəsində tanınan, sevilən ifaçı olmaq istəyirəm. Mən dünya ulduzlarından ilhamlanıram. Adele, Emi Vaynhaus, Uitni Hyuston kimi ulduzlardan bəhrələnirəm və özümü o yerdə görürəm. Əminəm ki, böyük səhnə üçün hazıram. Bizdə kütlənin zövqü fərqlidir deyə özünü istədiyin yerdə tapmaq çətindir. Əvvəlcə Azərbaycanda sevilib, sonra dünya səviyyəsində tanınmaq istəyirəm”.
N.Kərimbəyova “hansı ulduzun həyatını yaşamaq istəyərsiniz” sualını isə belə cavablandırıb: “Heç kimin həyatını yaşamaq istəmərəm. Ən sevdiyim ulduzlar faciəvi həyat yaşayıb və gənc yaşlarında dünyasını dəyişib. Biz onların səhnə həyatını görürük, real həyatda nə baş verdiyini bilmirik. Bizim gördüyümüz onların xoşbəxt həyatıdır, amma onların bir çoxu pis vərdişlərdən, məişət zorakılığından əziyyət çəkiblər”.
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi
-
Nida Xəbər 10:34Onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edildi
-
Dünya10:18Trampdan Netanyahuya: Sizi orada istəmirlər, çıxın

















.jpg)





















