Magazin1
Azərbaycanlı aktrisa: "Qızlar ərimə yazırlar ki, boşanmısansa..." - VİDEO
"Hər yay məni boşayıb, evləndirirdilər. Xəbərim olmadan kiminləsə münasibətimin olduğunu deyirdilər. Halbuki, cəmi bir dəfə ailə qurmuşam. Demirəm ki, bir neçə dəfə ailə qurmaq pis bir şeydir. Qətiyyən! Evli və övladım olduğu halda haqqımda yalnış şaiələr yaymaq heç xoş deyil. Belə insanları dəfələrlə şikayət etmək istəmişəm".
Publika.az xəbər verir ki, bu sözləri aktrisa Cəmilə Tağızadə qonaq olduğu "Xəbər-ətər" verilişində deyib.
Sənətçi bildirib ki, o, həkim həyat yoldaşından boşanmadığı halda, haqqında boşanma şaiələr yayaraq, onu gözdən salmağa çalışırlar:
"Boşanmadığım halda məni boşayırlar. Fədakar bir insanam. İşimi-gücümü özüm qurmuşam. Bu səviyyəyə pillə-pillə gəlmişəm. Həyat yoldaşım da özü gəlib məni tapıb. Mən onu tapmamışam. Özü öz ayağı ilə Bakıya gəldi, məni gördü, bəyəndi, necə məni ələ aldısa, başımı bişirdi və mənimlə evləndi".
C.Tağızadənin sözlərinə görə, bəzi xanımlar onun həyat yoldaşına sosial şəbəkədə yazaraq, onunla ailə qurmağa cəhd ediblər:
"Həyat yoldaşım media insanı deyil. O, efirləri sevmir, sosial şəbəkələrdən uzaqdır. Bir açıqlama verim ki, bir müddət əvvəl həyat yoldaşıma bəzi xanımlar yazmışdırlar ki, əgər Cəmilə ilə boşanmısansa, mən sizinlə ailə həyatı quraram".
Qeyd edək ki, Cəmilə Tağızadə 2017-ci ildə türk vətəndaşı həkim Murat Temizlə ailə həyatı qurub. Cütlüyün bu nikahdan Abdulla Cəsur adlı oğlan övladı var. ("bizim.media")
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi
-
Nida Xəbər 10:34Onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edildi
-
Dünya10:18Trampdan Netanyahuya: Sizi orada istəmirlər, çıxın








































