Magazin1
Məşhur meyxanaçı Rusiyada qadını bıçaqlayıb? - Dostu danışdı
“Bu söz-söhbətlərin haradan, necə yarandığını bilmirik. Ayıbdır axı. Özüm də bayaq Vahidlə əlaqə saxladım, danışdıq bu şaiyələr haqqında”.
Publika.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında meyxanaçı Mehman Əhmədli dostu, meyxanaçı Vahid Qədimin Rusiyada birgə yaşadığı qadını bıçaqlaması barədə yayılan məlumatlarla bağlı danışarkən deyib.
O bildirib ki, bunlar hamısı əsassızdır:
“Vahid uzun illərdir Rusiyada yaşayır. Orada öz işi ilə məşğuldur. İnsanlar çox boş və bekardılar. Ona görə də ürəklərindən nə keçirsə, yazırlar. Ayıbdır. Özü də bayaq deyir ki, heç o qadın kimdirsə, tanımır. Hardan tapırlar, necə düzəldirlər, bilmirəm. Özü də güman ki, bir azdan bu haqda açıqlama verəcək. Hər şey qaydasındadır. Öz işini orada davam etdirir. Belə əsassız şeyləri yazmaq düzgün addım deyil”.
Qeyd edək ki, sosial mediada meyxanaçı Vahid Qədimin Rusiyada birgə yaşadığı qadına 16 bıçaq zərbəsi vurduğu ilə bağlı iddialar yayılıb.
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin22 İyul 19:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman2 İyul 18:36Volk Messi və Ronaldo arasında seçim etdi






.jpg)























.jpg)




