Magazin1
Əməkdar artist 100 min dollarlıq qolbağı itirib
"İlk dəfə 1996 və ya 1998-ci ildə konsert verdim. Çox stress keçirdim. Stresdən elə şişmişdim ki, tanınmaz halda idim. Ondan sonra dedim ki, artıq konsert verməyəcəyəm".
Publika.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Zarafat bir yana" verilişində deyib. İfaçı uzun müddətdir konsert verməməsinə aydınlıq gətirib:
"İlk konsertimdən bir gün əvvəl qohumum mənə reklam məqsədilə bahalı bir qolbaq verdi. Sonradan bildim ki, onun qiyməti təxminən 100 min dollar imiş. Konsertdən əvvəl bir də gördüm ki, qolumda yoxdur. Düşüb, amma xəbərim olmayıb. Ürəyimdə dedim ki, bu mənə lazım idi? Gənc müğənni idim. Fikirləşirdim ki, belə vəziyyətdə necə konsert verəcəyəm? O vaxt bu, çox böyük pul idi. Düşünürdüm ki, bunun pulunu necə ödəyəcəyəm. Oturub ağladım.
Artıq qohumlarım da bir-birinə deyirdilər ki, Mətanət bahalı qolbaq itirib. Konsertin ikinci hissəsində birdən gördüm ki, qolbağı göstərirlər və deyirlər ki, tapılıb. Kamança çalan qız tapıb vermişdi.
Ondan sonra stresdən yenə elə şişdim ki, tanınmaz halda oldum. Nəhayət, keçən il yenidən konsert verdim".
-
Nəqliyyat20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək









.jpg)
.jpg)




.jpg)






















.jpg)
.jpg)