Magazin2
Arda Turan davadan DANIŞDI: prezidentdən üzr istəyəcəm və...
“Söhbət Arda Turandan düşəndə media gerçəkləri deyil, dedi-qoduları yazmağa üstünlük verir, amma bu dəfə həmişəkindən fərqli olaraq, məni çirkin bir iftira ilə sadəcə ictimaiyyətin önünə deyil, 8,5 aylıq hamilə həyat yoldaşımın də qarşısına atdılar. O gecə nələr olduğunu uzun-uzun izah edərəm. Orada olan xanımların heç birini tanımadığımı, heç biriylə özümü və ailəmi aşığılayacaq dialoqa əsla və əsla girmədiyimi uzun-uzun açıqlayaram, amma üzərimə atılan böhtan haqqında ən yüngül kəlməni istifadə etməyə üstünlük verirəm: yalan. O gecənin başlanğıcında olanlarla bağlı başqa heç bir şey söyləməyə ehtiyac duymuram.
Bəhs edilən adamın reaksiyasına qarşı isə pis bir hərəkət etdiyimi qəbul edirəm. Başqa biri olsa, belə sərt reaksiya verərmiydi? Yox, belə bir reaksiya verməzdim deyə bilərsiniz, amma keçmişdə baş verənləri bilənlərə nə üçün belə etdiyimi anlamaq çətin olmayacaq. Yenə də kobud reaksiya verdim. O gecə təəssüf hissimi özünə də ifadə etdim. Mən peşəkar bir idmançıyam və qəzəbimə nəzarət etməyi öyrənmək məcburiyyətindəyəm. Bu, həm meydançada, həm də şəxsi həyatımda keçərlidir".
Publika.az xəbər verir ki, bu sözləri futbolçu Arda Turan instaqramda yazıb. O, gecə klubunda xanımına sataşdığı, daha sonra isə burnunu sındırdığı müğənni Berkayla arasında baş verənlərlə bağlı sosial şəbəkədə geniş açıqlama verib. Arda şəxsi hesabından verdiyi açıqlamada Berkay Şahinin həyat yoldaşına sataşmadığını, yayılan söz-söhbətin yalan olduğunu yazıb.
Daha sonra Arda Turan hamilə xanımını evdə qoyub gecə saatlarında əyləncə məkanına getdiyi üçün ona haqsızlıq etdiyini bildirib:
“Sabah daha bir açıqlama yazaraq həm klubumdan, həm komanda yoldaşlarımdan, həm də prezidentimdən xüsusi halallıq istəyəcəyəm, amma bu bir neçə cümlənin səbəbkarı həyat yoldaşım Aslıhandır. Gördüyüm hər şeyi öz vicdanıma açıqlaya bilərəm. Bir tək şey istisna: səbəbi nə olursa olsun, bir neçə gün sonra doğum etmək üzrə olan həyat yoldaşımı evdə qoyub gecəyarı əyləncə məkanına getməməliydim. Bu hərəkətimdən sonra özümü məruz qoyduğum bu qədər böhtanı düşündükcə ona böyük bir haqsızlıq etdiyimi hiss edirəm və ürəyim yanır. Barəmdə böhtanlar və yalanlar vecimə deyil. Özümlə təkbətək qalanda bunların hamısının yalan olduğunu bilirəm və bu, mənə kifayətdir. Məni narahat edən tək şey həyat yoldaşım Aslıhandır. Çox sevdiyim həyat yoldaşımın məni məndən daha yaxşı anlamasına baxmayaraq, özümü bağışlamıram. Madam ki, bir açıqlama vermək tələb olunur, o zaman açıqlayım: Bir daha həyat yoldaşımın belə bir şeylə üz-üzə qalmasına heç vaxt yol verməyəcəyəm".
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi












.png)














.jpg)
.jpg)





