Türkiyəli məşhur “Möcüzə”si ilə HAMINI AĞLATDI - FOTO/VİDEO
Bizi izləyin

Magazin2

Türkiyəli məşhur “Möcüzə”si ilə HAMINI AĞLATDI - FOTO/VİDEO

Mahsun Kırmızıgülün rejissorluğu və ssenarisi əsasında çəkilən “Möcüzə Aşk” filminin çoxdan səbirsizliklə gözlənilən ikinci hissəsi dünən böyük ekranlara çıxıb.

Publika.az xəbər verir ki, qonaqlar göz yaşları ilə izlədiyi premyeranı sonda ayaqda gurultulu alqışlarla qiymətləndirib.

Mərasimdə Kırmızıgüllə yanaşı, filmin yaradıcı heyəti, İstanbul Mədəniyyət və Turizm Nazirinin həyat yoldaşı Pervin Ersoy, İstanbulun Bələdiyyə sədri Əkrəm İmamoğlu, Orxan Gencebay, Sevim Emre, Demet Akbağ, Yılmaz Erdoğan, Cem Yılmaz, Oqtay Kaynarca, Haluk Levent, Əhməd Kural, Kubat, Burak Kut, Murad Cemcir, Murad Han, Polad Yağcı, Semiramis Pekkan, Seray Sever, İrem Derici, Olgun Şimşek, Ahu Aysal, Adem Kılıç, Manuş Baba, Funda Arar, Murad Ünalmış, İsmail Hacısalihoğlu, Seray Sever, Güneri Cıvaoğlu, Emre Kınay, Emel Müftüoğlu, Hamdi Alkan, Hüseyin Avni Danyal, Cemal Okan, Timur Savcı, Burak Sağyaşar, Ebru Sanver, Edip Akbayram, Erol Aksoy, Güneri Civaoğlu, Haluk Ulusoy, Ercan Saatçi, tanınmış iş adamı Mübariz Mənsimov, Xanım Qafarovanın qızı Gövhər Gülmalıyeva, “Beşiktaş” klubunun prezidenti Əhməd Nur Çebi, Mustafa Sarıgül və başqaları iştirak edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Nümayişdən əvvəl jurnalistlərə açıqlama verən Mahsun Kırmızıgül həyəcanlı olduğunu gizlətməyib:

“3,5 illik marafon bu gün mənim üçün nəhayət ki, bitir. Bundan sonrası tamaşaçılara qalır. Bu da çox yaxşı bir film oldu. İnşallah layiqli yerini tutar”.

Filmdə 140-dan çox daun sindromlu insana yer verən sənətçi hesab edir ki, onlar xüsusidir:

“Bu insanlar qüsurlu və ya əlil deyillər. Düşünürəm ki, xüsusi insanlardır. Biz hər zaman onların yanındayıq. Bu film də bizim üçün sosial məsuliyyət layihəsidir. Türkiyə kino tarixinin bütün filmlərindən fərqli yerdə dayandığını özünüz də görəcəksiniz. Bəzən ürəyiniz ağrıyacaq, gözləriniz dolacaq, amma ən əsası sizi düşündürəcək. Buna söz veririk”.

Mahsun Kırmızıgülün sözlərinə görə, “Möcüzə” filminin ikinci hissəsini çəkməyi düşünməyib, lakin izləyicisinin mesajından sonra fikrini dəyişib. İzləyicisi 5 yaşlı qızının gəzə bilmədiyini və fikizi terapiya müalicəsini rədd etdiyini, ondan film qəhrəmanı Əzizin necə gəzdiyini, necə ayağa qalxdığını göstərməyi istəyib:

“Bundan sonra ona söz verdim ki, sənin üçün bu filmin ikinci hissəsini yazacağam, amma sən də müalicəni qəbul edəcək və qısa müddətdə ayağa qalxacaqsan. O, ayağa qalxdı və filmdə oynadı. Əgər Duru olmasaydı, filmin davamı da çəkilməyəcəkdi. Burada gördüyünüz bütün aktyorlar sənin üçün oynadı. Verdiyin sözü yerinə yetirdin, ayağa qalxdın”.

Baş rol aktyoru Fikrət Kuşkan çəkiliş qrupuna, filmdə əməyi keçənlərə, prodüserə və İzmir xalqına verdiyi dəstəyə görə təşəkkür edib:

“Çox çətin şəraitdə, çox gözəl şəkildə bir araya gəldik. Mahsun bəyin yazdığı bu layihədə rol almaqdan qürur duyuram. İndiyə qədər bir kadrını izləmədiyimə baxmayaraq, gözəl və uğurlu bir film olduğuna inanıram”.

Biran Damla Yılmaz isə çox gözəl bir proyektin ortaya çıxdığını söyləyərək güclü qadın obrazı canlandırdığını qeyd edib:

“Çox güclü bir qadının həyatını və möhkəm sevgi hekayəsi çəkdik. İnşallah bizimlə möcüzələrə şahid olacaqsınız”.

Filmdə Əziz obrazını canlandıran Mert Turak çətin, amma xoş bir mərhələdən keçdiklərini söyləyib:

“Fikret Kuşkan, Erdal Özyağcılar, Ali Sürmeli, Ayda Aksel, Şenay Gürler və Damla kimi rahatlıqla anlaşdığım tərəf müqabilim olduğu üçün sevincliyəm. 140-dan çox daun sindromlu dostlarla çalışdıq. İnşallah əziyyətimizin bəhrəsini alarıq. Mənim üçün böyük bir təcrübə oldu”.

Qonaqlar arasında olan Əkrəm İmamoğlu ekran işindən olduqca təsirləndiyini bildirib:

“Mahsun bəyi təbrik edirəm. İndiyə qədər çəkdiyi filmləri izlədim. Filmlərinin özəlliyi ondadır ki, torpaqlarımızı hiss etdirə bilir, keyfiyyətli ssenari və peşəkar aktyorlarla birlikdə Anadolu xalqını və bizim hekayələrimizi göstərir. Çox təsirləndim, baxıb dərs çıxarırsan, bu baxımdan çox dəyərlidir. Mesaj dolu bir filmdir. Əslində Türkiyədə fiziki məhdudiyyətli insanların sosiallaşması mövzusu gündəm olduğu bir vaxtda bu filmin yaranması alqışlanan hadisədir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm