Magazin2
Müğənnidən ŞOK ETİRAF: "Ögey anası siçan zəhəri verib..."
Türkiyəli müğənni Bayhan Gürhan Gökhan Çınarın "Exxen" verilişində anası ilə bağlı etiraflar edib.
Publika.az xəbər verir ki, müğənni çətin keçən uşaqlığından bəhs edib.
O bildirib ki, anası bacısı ilə ona siçan zəhəri verib öldürmək istəyib: "Evimiz Adanada tarla kənarında yerləşirdi. Anam, bacım və mən qalırdıq. Atamın bizdən uzaq Almaniyada fərqli həyatı var idi. Ac qalırdıq. Bir dəfə anamla siçan zəhəri alıb evə gedib. Anam zəhəri stəkana tökdü. Birinci bacıma uzatdı, o, istəmədi. Mənə verdi, stəkanı alıb içirdim ki, bacım qoymadı. Sonda isə anam o zəhərdən azca içdi. Qışqırıb çölə qaçdı, sonra xatırladığım tək şey həmin andan sonra bir daha anamı görmədim. Bu, çarəsizlikdən atılmış addım idi. Çox pis uşaqlıq yaşadım".
Bayhan daha sonra bacısı ilə atasının yanına getdiyini deyib və bildirib ki, ögey anası onlara əzab verib: "Bizi ac saxlayırdı. Sonra uşaq evinə qoydu bizi. Bir il rahibələr bizə baxdı. Bacım Almaniyada oxudu, mən Türkiyəyə qayıtdım. Bacım orada avtomobil qəzasında öldü. İstanbulda mahnılar oxudum. İtmiş ruh kimi yaşadım".
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






.jpg)
.jpg)



























