Magazin2
Dünya şöhrətli tenor qadın alverində ittiham olunur
Argentina prokurorluğunun yaydığı məlumata görə, dünya şöhrətli opera müğənnisi Plasido Dominqo Buenos-Ayresdə qadın alveri ilə məşğul olduğu iddia edilən qrup üzvləri ilə əlbir olub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bir kişi iddia edilən cinayət şəbəkəsi vasitəsilə Mendi adlı qadınla cinsi əlaqədə olmaq üçün görüş təyin edib. Qeydə alınan söhbətin telefon səsyazmalarından sonra müğənni şübhəli bilinib.
Müstəntiqlər həmin kişi səsinin Dominqoya aid olduğunu müəyyən ediblər. Başqa bir lent yazısında isə Mendi Plasido ilə sövdələşə bildiyi üçün cinayət dəstəsinin lideri adlandırılan Xuan Perkoviçə təşəkkür edib.
Polis keçən həftə qrupa qarşı 50-dən çox reyd keçirib və bu reydlərdə 19 nəfər həbs edilib. Məlum olub ki, qrup Buenos-Ayresdəki yoqa məktəbin dən qadın alveri üçün istifadə edib. Yerli mətbuatın yazdığına görə, hakimiyyət orqanları 37 mülkü və 13 avtomobili müsadirə edib. Latın Amerikası telekanalları da telefon dinləmələri zamanı əldə edildiyi iddia olunan səs yazılarından çıxarışlar yayımlayıb.
Dəstə qadın və yetkinlik yaşına çatmayanların alveri ilə yanaşı, bir neçə cinayət əməliyyatında da iştirak etməkdə ittiham olunur. Müğənninin nümayəndələri yeni iddialara hələlik münasibət bildirməyib.
Qeyd edək ki, Dominqo bir vaxtlar opera dünyasının ən hörmətli tenorlarından biri - mərhum Luciano Pavarotti və Xose Karreras ilə birlikdə trio kimi çıxış edirdilər. 2019-cu ildə 20-dən çox qadının onu cinsi təcavüzdə ittiham etməsindən sonra o, Los Anceles Operasının baş direktoru vəzifəsindən istefa verib. Dominqonun nümayəndələri isə iddiaları qəti şəkildə rədd edib. Opera müğənnisi Metropolitan Operasından da təqaüdə çıxıb. Dominqonun 1996-2011-ci illərdə direktoru olduğu Vaşinqton Milli Operası isə müğənnini bu vəzifədən uzaqlaşdırıb.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO






.jpg)








.jpg)

















.jpg)


