Magazin2
"Coldplay"dan İrandakı etirazçılara mesaj - VİDEO
Britaniynın "Coldplay" rok qrupu iranlı aktrisa Gülşiftə Fərahani ilə "Baraye" mahnısını ifa edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, rok qrupunun solisti Kris Martin iranlı aktrisa Gülşiftə Fərahani Buenos-Ayresdə "Baraye" adlı fars mahnısını ifa etmək üçün səhnəyə dəvət edib. Yeri gəlmişkən, pop müğənnisi Şervin Hacıpurun bu mahnısı İranda gənclərin azadlıq və mübarizə himni hesab olunur.
"Biz İranda və hər yerdə azadlıq uğrunda mübarizə aparan bütün qadınları və hər kəsi dəstəklədiyimizi göstərmək üçün bir şey etmək istəyirik. Bu mahnı fars dilində olduğu üçün onu tək oxuya bilmirəm, amma biz onu birlikdə oxuyacağıq", - musiqiçi qeyd edib.
Bu, hazırda Cənubi Amerikada turnedə olan "Coldplay"ın İrana ilk dəstək mesajı deyil. Keçən ayın əvvəlində onlar sosial mediada həmrəylik mesajı ötürüblər: “Azad və dinc yaşamaq hüququnu müdafiə edənlərə və bu hüququn hələ də hər kəsə verilmədiyi bütün yerlərə xüsusi sevgi və hörmətlərimizi göndəririk. Biz, həmçinin Məhsa Əminin də ailəsinə sevgilərimizi çatdırırıq".
Qeyd etmək lazımdır ki, Gülşiftə Fərahaninin 2009-cu ildən amerikan filmində çəkilməsi vətənində xoş qarşılanmadığı üçün İrana gedə bilmir.
Məlumat üçün bildirək ki, Bella Hadid, Rami Yusif, Ancelina Coli də daxil olmaqla, Əminin ölümünü pisləyən və ailəsinə dəstək olan məşhurların siyahısı getdikcə genişlənir. Bir çoxları etirazlara dəstək məqsədilə səhnədə və sosial şəbəkələrdə saçlarını kəsdiriblər.
Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Bunun ardınca ölkədə kütləvi etiraz və iğtişaşlar baş verib. Aksiyalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara atəş açıb.
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi



































.jpg)


