Magazin2
Məşhur yazıçı vəfat etdi - FOTO
Türkiyəli məşhur rejissor və yazıçı Mesut Kara 63 yaşında vəfat edib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2008-ci ildə qan laxtalanması nəticəsində qismən iflic olan və zaman-zaman artan sağlamlıq problemləri ilə mübarizə aparan Kara, keçən il infarkt keçirərək reanimasiyaya yerləşdirilib. Uzun sürən müalicələrə baxmayaraq, yazıçı ötən gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, 1961-ci ildə İstanbulda anadan olan Mesut Kara 15 ildən çox kino yazıçısı olub. Reklam sahəsində bədii rəhbər vəzifəsində çalışıb və televiziya üçün kino proqramları hazırlayıb.
Mətn müəllifi və rejissoru olduğu "Erkan Yücel" sənədli filmindən əlavə, onun "Sənətçi Kahvesi", "Yeşilçamda unudulmaz simalar", "Pendikli illəri və kino xatirələri", "Sinema və 12 sentyabr" adlı 5 əsəri işıq üzü görüb.
Bir çox jurnallarda yazıçı və redaktor işləyən Kara, “Show TV”də yayımlanan "CineShow" kino proqramında məsləhətçi kimi çalışıb.
Gülnar
-
İdman06:46Ronaldo dəli olacaq: Messini seçdi, onun adını çəkmədi
-
Magazin206:16Narkotikə görə saxlanılan aktrisaya qadağa
-
Dünya05:15ABŞ-İran danışıqlarının növbəti mərhələsi bu tarixdə keçiriləcək
-
Magazin104:44Məşhur model barda qısa köynəkdə rəqs etdi - FOTO
-
Hadisə02:00Xəzər dənizində zəlzələ oldu
-
Səhiyyə01:41Demensiyanın gözlənilməz gizli səbəbi müəyyən edildi
-
Yaxın Şərq00:45İrana qarşı əməliyyat başa çatıb? - Netanyahudan AÇIQLAMA
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gözəllik görmək gözəldir, amma...



































