Magazin2
“Kızılcık Şerbeti”ndən Müjde Uzman açıqlaması: Geri dönür?
Reytinqlərin zirvəsində qalan “Kızılcık Şerbeti” serialının prodüseri Faruk Turqut ikinci sezonun sonunda serialdan ayrılan Müjde Uzmandan danışıb.
Publika.az xəbər verir ki, "Kızılcık Şerbeti" serialında Alev Arslan obrazını canlandıran aktrisa Müjde Uzman aylar əvvəl sosial media hesabında paylaşım edərək yorulduğunu açıqlayıb.
O, həyatında ilk dəfə yorğun olduğunu qeyd edib:
“Ən pisi də odur ki, buna heç kim inanmır. Hər kəsin mənim kim olmam və çətinliklərimlə bağlı bir nəzəriyyəsi var, ən böyük səbəb peşəmdir. Həyatım çox asan olmalıdır”.
Bu açıqlaması ilə uzun müddət gündəmi zəbt edən Müjde Uzman ikinci sezonun sonunda serialla vidalaşıb.
Turqut aktrisanın seriala qayıtmayacağını bu sözlərlə açıqlayıb:
“Gedənin geri qayıtmaq şansı yoxdur. Bir problemim var idi, problemi həll edə bilmədiyi üçün getmə nöqtəsinə gəldi, getdi, çalışdı, amma olmadı”.
Aysel Şahmar
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı





































