Magazin2
Şakira bu ölkədə xəstəxanalıq oldu, konsertini ləğv etdi
Müğənni Şakira dünya turnesi zamanı xəstəxanaya yerləşdirildikdən sonra Perunun paytaxtında verəcəyi konserti ləğv edib.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.
Yeddi ildə ilk dünya turnesinə çıxan Şakira mədə ağrıları ilə xəstəxanaya yerləşdirilib. Fevralın 15-i axşam saatlarında təcili yardıma müraciət edən müğənni xəstəxanada qalmaq məcburiyyətində qalıb.
Şakiranın sözlərinə görə, həkimlər ona çıxış etməməyi məsləhət görüblər, buna görə də müğənni qarşıdakı konsertini ləğv edib.
Estrada ulduzu səhnəyə çıxa bilməyəcəyindən təəssüfləndiyini bildirib. Perudakı "inanılmaz pərəstişkarları" ilə yenidən görüşməyi səbirsizliklə gözlədiyini söyləyib və bazar ertəsi xəstəxanadan çıxa biləcəyinə ümid etdiyini söyləyib..
Hüseyn İbadlı
-
Cənubi Qafqaz21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin121:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin219:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır
-
Dünya15:04Dünya bu möcüzədən danışır: Böyük şəhəri belə sərinləşdirirlər - VİDEO
-
Magazin114:40Tünzalə Ağayeva : “Sənətimin zirvəsindəyəm” - VİDEO



















.jpg)
















