Magazin2
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
Dünya kinosunun əfsanəsi Merilin Monronun illərdir gizli qalan şəxsi avtomobili hərraca çıxarılır. Söhbət aktrisaya məxsus, hər kəsin diqqətini çəkən 1950-ci il istehsalı olan "Mercedes-Benz 170 S" modelindən gedir.
Publika.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Bildirilir ki, avtomobili unikal edən təkcə onun sahibi deyil, həm də daxilindəki gizli detallardır. Belə ki, maşının yük yerində aktrisanın inisialları (ad və soyadının baş hərfləri) həkk olunmuş xüsusi emblem aşkar edilib.
Bundan əlavə, qoz ağacından hazırlanmış cilalanmış cihazlar panelində Merilin Monro üçün xüsusi sifarişlə hazırlanmış qızıl lövhə yer alıb.
Satışa çıxarılacaq avtomobilin ilkin start qiyməti 21 min dollar (təxminən 36 min manat) müəyyən edilsə də, ekspertlər real qiymətin qat-qat yüksək olacağını proqnozlaşdırırlar.
Avtomobil mütəxəssisi Stiv Kinin sözlərinə görə, bu nadir eksponatın 200 min dollardan (təxminən 340 min manat) baha satılacağı gözlənilir.
"Belə bir maşını almaq imkanı insana ömründə bir dəfə nəsib olur", - ekspert qeyd edib.
Müəllif: Adəm
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO






.jpg)
.jpg)


























