Qaraçılarla bağlı İNANILMAZ FAKTLAR: qızıldan olan avtomobillər, baronlar və... - FOTO
Bizi izləyin

Maraq dünyası

Qaraçılarla bağlı İNANILMAZ FAKTLAR: qızıldan olan avtomobillər, baronlar və... - FOTO

Qaraçılar digər xalqlardan tamam fərqlənən köçəri xalqdırlar. Təsadüfi deyil ki, bayraqlarının üzərində təkər təsviri əks olunub. Bugünədək onlar haqda çox deyilib, müxtəlif məqalələr yazılıb. Lakin bu əsrarəngiz insanlara maraq azalmaq bilmir. Qaraçılara xas özəlliklərdən biri də müxtəlif yollarla fala baxıb, gələcəkdən xəbər vermək bacarığıdır. Dünyanın müxtəlif nöqtələrinə, o cümlədən Azərbaycanda yayılan qaraçılar, yerli xalqlarla ünsiyyətdən, qarşılıqlı münasibətdən qaçır, öz mədəniyyətlərini, adətlərini qoruyub saxlayırlar. Onların bu mühafizəkarlığı bəzən davalara gətirib çıxardır.

Publika.az xəbər verir ki, qaraçıların məişəti, güzəranı digər xalqların nəinki təəccübünə, hətta sərt münasibətinə səbəb olur. Elə şəhərimizin küçələrində il boyu dilənən inadkar qaraçı qadınlarını, təmasdan çəkinməyərək üstümüzə yüyürən uşaqları görəndə bizə də xoş təsir bağışlamır. Lakin onlarla mübarizə aparmaq çox çətindir. Axı zəngin qaraçı baronları öz var-dövlətlərini artırsınlar deyə, oğru və dilənçi əlaltıları yorulmadan çalışmalıdırlar.

Qaraçılar təhsildən qaçan millətdirlər. Onların çox böyük hissəsi heç hərfləri də tanımırlar. Odur ki, bu xalqın nümayəndələrinıə normal iş tapmaq mümkünsüzdür.. Qaraçıların əsas silahları dilləridir. Sübhdən gecəyədək dil töküb, pul dilənən qaraçı uşaqlarının təəssüf ki, məktəbə gedib, bilik qazanmağa zamanları da yoxdur. Lakin düşünməyin ki, onlar bu sənətdən zövq alırlar. Çox vaxt bu yola evsizlik, aclıq ucbatından düşürlər.

Qaraçı icmalarında bütün vacib məsələlərə baron qərər verir. “Baron” onların dilində böyük deməkdir. Baronlar adətən toplumun ən varlı üzvləri arasında seçilirlər. Onlar nikahların xeyir-duasını verir, qanunvericiliklə problemləri çözürlər. Şəxsi avtomobilləri belə qızıldan olur.

Qaraçılar qızları doğulanda sevinmirlər. Bilirlər ki, qadınları daha acı tale gözləyir. Çünki ailədə bütün hüquqlar kişiyə məxsusdur. Kişinin sözü qanundur. Ər arvadının hansı yolla pul qazanacağına onun razılığını gözləmədən qərar verir. Bu bəzən oğuruq, bəzən falçılıq, birçox hallarda isə dilənçilik olur. Qadın olmaq bütün cəmiyyətlərdə olduğu kimi qaraçılarda da çətindir. Ərin əsas vəzifəsi pul qazanmaqdan əlavə gözəl geyinib, qonaq qarşılamaqdır. Qadın isə sübhdən oyanıbyemək hazırlamalı, təmizlik işlərini bitirməlidir. Bütün bu vəzifələrə qaraçı qızlarını uşaqlıqdan hazırlayırlar. Odur ki, böyüyüəndən sonra bütün bu işlərin öhdəsindən gəlirlər.

Qaraçılar hələ də gəlin qaçırma adətini yaşadırlar. Belə ki, oğlan evinin elçiləri rədd edildiyi təqdirdə qız qaçırılır. Bundan sonra qızın ailəsi toya etiraz etmir. Axı qızlarını geri gətirsələr, artıq hörmətli ailəyə gəlin ola bilməyəcək. Yox əgər qız evi elə birinci elçilikdə razılıqlarını versələr, toy hazırlıqları başlanır. Bəzən dəbdəbəli toy etmək üçün qaraçılar hətta evlərini satıb, uzun illər boyu borc ödəmək məcburiyyətində qalırlar. Qaraçılar mütləq öz xalqlarının nümayəndəsi ilə evlənməlidirlər. Əks halda qəbilədən də, mirasdan da məhrum olurlar. Onlar qeyri-qaraçılara “qacco” deyirlər.

Lakin qərb tendensiyaları qaraçı icmalarının güzəranına da yol tapır. Belə ki, son illər eynicinsli qaraçıların nikahlarının sayı artır. Bu toylar dava və digər xoşagəlməz hallarla müşaiyət olunsa da, qarşısını almaq mümkün deyil.

Bütün çatışmazlıqlara rəğmən etiraf edək ki, qaraçıların dünya musiqisinə böyük töhfələr bəxş edən özlərinəxas gözəl musiqi nümunələri və rəqsləri var.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm