Maraq dünyası
Dünyanın ən gənc dövlət başçısı olan xanım siyasətçi haqda MARAQLI FAKTLAR - FOTO
Hakimiyyət, liderlik qadından başqa yalnız güclü qadına yaraşa bilər. Nəzərə alsaq ki, gücsüz qadın yoxdur, deməli, fikrimizi bir daha təsdiqləmiş oluruq.
Bu gün dünyanın ən gənc dövlət başçısı qadın siyasətçi Yeni Zelandiyanın baş naziri Casinda Arderndir. Amma nədənsə insanları tarixin ən gənc baş nazirinin dövlət idarəçiliyində əldə etdiyi nailiyyətləri deyil, yalnız yaşı maraqlandırır. Səbəb isə sadədir: cəmiyyət hələ ki, qadını vəzifə başında qəbul etmək istəmir.
Yəqin ki, Publika.az-ın bu yazısının qəhrəmanının Casinda Ardern olduğunu artıq bildiniz.
Elə isə keçək əsas mətləbə. Casinda öz psixoloji problemləri ilə mübarizəni cəmiyyətlə bölüşən, LGTB və qadın hüquqlarının qoruyucusu kimi tanınan siyasətçidir. Ölkəsində baş nazirin pərəstişkarları “Casindamanlar” adlanır. Həmçinin Arderni sevənlər onu Makrona layiqli rəqib də adlandırırlar.
Ardern bu vəzifəyə layiq olmaq üçün uzun və əziyyətli yol keçib. Toni Bleyr Britaniyanın baş naziri vəzifəsində çalışanda Casinda onun müavini təyin olunur. 2008-ci ildə isə Gənclərin Beynəlxalq Sosial Birliyinin prezidenti seçilir. 2017-ci ildə ölkənin leyboristlər partiyasının lideri vəzifəsinə yüksəlir. 2013-cü ildə Yeni Zelandiyanın eynicinsli nikahlarına dəstək verən siyasətçilərindən biri də Casinda Ardern idi. Hazırda Ardern ətrafına 50 faiz qadın siyasətçi toplayıb.
O deyir ki, mən qadınam və əminəm ki, dövlətimiz istənilən sahədə öz qadınını sevib qəbul edəcək. Bir il öncə Ardern Yeni Zelandiyanın baş naziri vəzifəsinə təyin olunanda ana olacağı ilə bağlı sualları belə cavabladı: "Düşünürəm ki, bu suallar yaşadığımız dövrə yaraşmır. Qadın özü qərar verər, nə vaxt ana olmağa hazırlaşar, kiminlə ailə qurar və s."
Jurnalistin ona "40 yaşa yaxınlaşan qadınlar adətən ailə və karyera seçimi arasında qalırlar, siz karyeranı seçdiyinizə görə yəqin övlad dünyaya gətirməyəcəksiniz", - sualına Ardern: “Yaşımı xatırlatdığınız üçün sağ olun, amma bu qərarlarımı bölüşmək fikrim yoxdur”, - deyir.
“Bəli, siz bu suallarla mənə müraciət edə bilərsiniz, çünki dövləti idarə edən fəal siyasətçiyəm. Amma imkan vermərəm ki, ölkəmin qadınlarının bu və digər seçimləri müzakirə mövzusu olsun", - deyə o qeyd edir.
Bu müsahibədən sonra 36 yaşlı baş nazirə olan rəğbət birə-beş artır və bütün ölkə qadınlarının sevimlisinə çevrilir. Hazırda 37 yaşlı baş nazirin həyat yoldaşı ölkənin məşhur telekanallarının birində balıqçılıqla bağlı veriliş aparan Klark Geyforddur. Klarkın verilişi dünyanın 20 ölkəsində yayımlanır. Cütlük 4 il öncə tanış olub. Klark parlamentə öz hüquqşünası ilə görüşməyə gələndə təsadüfən Ardernlə tanış olur və onu qəhvə içməyə dəvət edir. Qısa müddət ərzində cütlük bir-birinə aşiq olur, birgə yaşamağa qərar verirlər. Geyford hər zaman deyir ki, xanımının şəxsi qərarlarına və karyerasına qarışmaq fikrində deyil. Siyasi karyera haqda isə ümumiyyətlə, düşünmür.
Ölkə mediasında ən maraqlı xəbərlərdən biri də baş nazirin hamiləliyi oldu. Elə bu ayın 5-də Yeni Zelandiyanın ən məşhur cütlüyünün qızı dünyaya gəldi. Casinda vəzifədə olub, uşaq dünyaya gətirən ikinci siyasətçi kimi də adını tarixə yazdı.
Yeni Zellandiyanın ən sadə klinikalarının birində övladını dünyaya gətirən baş nazır 2 gün sonra ailəsilə birgə gecə xəbərlərinin canlı qonağı olur. Bildirir ki, körpəsinə Te Aroha adını verib. Te Aroha maori dilindən tərcümədə “Sevgi” deməkdir.
Bundan əlavə baş nazir bir neçə gündən sonra 6 aylıq iş səyahətinə çıxacaq. Həmin müddət ərzində körpə ilə atası teleaparıcı Klark qalacaq.
Leyla Sarabi
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...