Maraq dünyası
Əvvəl kamera qoydular, çarə tapılmayınca bu yola əl atdılar - Tualetlərlə bağlı AĞLAGƏLMƏZ YENİLİK - - FOTOLAR
Çinin paytaxtı Pekinin mərkəzində yerləşən dini abidələr kompleksi olan "Cənnət Məbədi"ndə hər kəsi təəccüb içində qoyan yeniliklər tətbiq edilməyə başlanıb.
Publika.az xəbər verir ki, kompleksin ictimai sanitar qovşağından istifadə edənlərin təmizlik vasitələrini israf etməsi bələdiyyəni hərəkətə keçirib.
Yerli xalqın və turistlərin ildə 10 min paketdən çox tualet kağızı istifadə etdiyini, qalanlarını isə evlərinə apardığını görən bələdiyyə bu israfın qarşısını almaq üçün texnologiyaya müraciət edib. Bundan sonra Cənnət Məbədində olan sanitar qovşaqlarına üztanıma sistemi ilə işləyən avtomat cihazlar qoyulub. Cihaz bir dəfə üçün 60 sm uzunluğunda kağız çıxarır. Bu cihazdan ikinci dəfə kağız ala bilmək üçün 9 dəqiqə gözləmək lazımdır. Lakin bu da səlahiyyətli şəxsləri qane etməyib. Onlar hər tərəfə nəzarətçi qoyub.
Məhz bu tədbirlərdən sonra edilən qənaətin bəhrəsini görüblər. Əgər bu qənaət onları qane etsə, texnologiya bütün ölkədə tətbiq ediləcək. Cihazların qiyməti 870 dollardır.
Yenilik obyekt sahiblərini razı salsa da, vətəndaşlardan bəziləri buna qarşı çıxıb. Onlar bildirib ki, xalq səfalət içində olduğu üçün ictimaiyyətin xidmətinə verilən əşyalardan meymun iştahı ilə istifadə edir.
Qeyd edək ki, texnoloji yeniliklərdən öncə həmin sanitar qovşaqlarına kameralar yerləşdirilmiş, lakin bunun heç bir nəticəsi olmamışdı.
Çin ölkəyə turist axınını təmin etmək üçün ictimai sanitar qovşaqlarına xüsusi önəm verir. Belə ki, tədbirlər çərçivəsində ölkədə 25 min sanitar qovşağı təmir olunub, 30 mindən çoxu isə 3 ulduzlu kateqoriyaya daxil edilib. Çin hökumətinin sanitar qovşaqlarındakı standartları yoxlayan xüsusi keyfiyyət orqanları fəaliyyət göstərir.
Zümrüd
-
Nida Xəbər 10:01Əli Əsədov yeni qərar imzaladı
-
MDB09:13Moskvaya PUA hücumu: anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi

















.jpg)











.jpg)
.jpg)





