Maraq dünyası
Bütün uğursuzluqlarımızın tək səbəbi bu imiş...
Yəqin hər kəsin həyatında illər boyu gerçəkləşməsini gözlədiyi planları bir göz qırpımında məhvə sürüklənib. Yaxud zəhmətlə düşünüb beynimizdə bünövrəsini qurduğumuz biznes layihə bir anda şüşə kimi darmadağın olub. Bəs əslində nə baş verir? Bunun bir izahı var. Beynimizdəki kimya... Bəlkə də düşünürsünüz ki, səbəb bəd nəzər, ağır nəfsdir. Əsla!
Publika.az xəbər verir ki, bu durumda səbəbi özümüzdə axtarmalıyıq. Almaq istədiyiniz əşyalar, gələcək planlar barədə dostlarınıza heç bir şey deməyin. Astanasında olduğunuz uğurlar haqda qürurla danışmayın. Gələcək fəaliyyətiniz barədə partizan kimi düşünün. Öncədən özünüzə bəslədiyiniz rəğbətin sonu uğursuzluqdur. Bəli, ən qaynar ideyaları bölüşmək arzusu xüsusi həzzdir, dostlarımızın fikirlərini öyrənmək maraqlıdır, bəzən hətta sadəcə özündən razılıqdır. Amma unutmayın, bölüşdükcə ehtiras da azalır, artıq zehniniz, duyğularınız tam mübarizə ruhunu itirir. Bu, sizdən xəbərsiz şüuraltı şəkildə baş verir. Sonra da işimizə tam güc sərf etmirik, planlarımız məhv olur. Ətrafdakıları günahkar qismində görürük.
Alimlərin araşdırmasından bəlli olub ki, şüur fiziki fəaliyyətlə təsəvvürü bir-birindən ayıra bilmir. İnsan bir hərəkəti gerçəkləşdirmək istəyəndə şüur sanki yerinə yetirirmiş kimi fəallaşır. Yəni bir şeyi düşünən və gerçəkləşdirən zaman beynimizin eyni bölgələri fəaliyyətə keçir. Məsələn, nə vaxtsa dinlədiyiniz mahnını xatırlayıb beyninizdə səsləndirəndə də bu prosses baş verir. Beyin sanki dinləyirsiniz kimi reaksiya verir. Buradan bir nəticəyə gələ bilərik. Beyin artıq baş tutmuş fəaliyyətlə yarımçıq işin fərqini duymur.
Yəni bizə yeni ideya gələndə, şüur onu natamam qəbul edir, insan həmin arzuya çatmaq istəyir. Tutaq ki, fotoaparatınız yoxdur. Almaq istəyirsiniz. Beyin bu faktı olduğu kimi qəbul edir. Amma siz gələnaykı maaşınıza fotoaparat almaq istəyinizi kiməsə desəniz, beyin mağazaya yaxınlaşıb sizə lazım olan modeli aldığınızı qəbul edir. Şüurunuz artıq əldə olunmuş əşyanı fiziki olaraq da qazanmaq üçün sizi motivə etməyi gərəksiz sayır. Yəqin ki, sirri anladınız. Sirlərinizi də yalnız beyninizlə bölüşün ki, gerçəkləşsin.
Leyla Sarabi
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
