Maraq dünyası
İNANILMAZ YENİLİK: bu tarixdə baş transplantasiyası həyata keçiriləcək
İnsan başının yeni bir orqanizmə transplantasiya edilməsi fikri artıq fantaziya mərhələsini aşıb.
Publika.az xəbər verir ki, Böyük Britaniyanın Hull Universitetinin sabiq beyin və sinir cərrahı Bryus Metyunun fikrincə, 2030-cu ilə qədər baş transplantasiyası gerçəkləşə bilər.
“Başlanğıcda niyyətimiz sadəcə beyin fırtınası etmək idi. Olduqca axmaq görünürdü. Amma sonra gördüm ki, əslində elə deyil. Beyin və onurğa iliyini birlikdə plantasiya etsəniz, baş nəqli mümkünsüz olmaya bilər”, - cərrah bildirib.
İndiyə qədər transplantasiya üzərində işləyən cərrahlar bu əməliyyat üçün onurğa iliyini başdan ayıraraq proseduru həyata keçirməyə çalışıb. Karyerası boyunca 10 mindən çox əməliyyata girən Bryus Metyu isə bu fikri tamamilə gülünc hesab edir.
Təcrübəli cərrah bu metodla gələcəkdə robotik gövdələrə baş nəqli etməyin mümkünlüyünü də vurğulayıb.
Qeyd edək ki, dünyada ilk dəfə baş transplantasiyası əməliyyatına könüllü şəkildə razı olan Valeri Spiridonov 3 illik hazırlıqdan sonra ötən il qərarından imtina etmişdi.

2017-ci ildə ilk baş transplantasiyasını gerçəkləşdirəcəyi iddiası ilə məşhurluq qazanan cərrah Serxio Kanavero, ilk əməliyyatı Çindəki klinikalardan birində cəsəd üzərində gerçəkləşdirdiyini açıqlamışdı.
Zümrüd
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi

















.jpg)


















.jpg)
.jpg)
