Maraq dünyası
Orduda xüsusi təyinatlı, Harvardda həkim, NASA-da astronavt olan 35 yaşlı koreyalı - VİDEO
"Böyüyəndə kim olmaq istəyirsən" sualına cavab olaraq uşaqların bu üç peşədən birini söyləmələri təbiidir: əsgər, həkim, ya da astronavt. Cənubi koreyalı Coni Kim birini yox, üçünü də seçib.
Publika.az ABŞ Milli Kosmos və Aeronavtika İdarəsinin (NASA) əməkdaşı Coni Kimin hekayəsini təqdim edir.

Həyatda hədəf seçərək uğrunda mübarizə aparmağımız illərimizi alır. İnsanların böyük qismi həyatı üçün radikal dəyişikliklər edən şəxslərə dəli kimi baxır. Bəzi insanlar isə buna önəm vermədən öz amalı uğrunda sona qədər inamla irəliləyir.
ABŞ-da mühacir ailəsinin üzvü olan Cənubi koreyalı Coni Kim son dərəcə çətin sınaqlardan keçərək NASA-nın "Artemis" astronavt bölməsinin məzunu olub.
O, orta məktəbi bitirdikdən sonra ABŞ ordusunun dəniz piyadaları sırasına daxil olub. Qısa müddətdə qazandığı uğurlar onun seçilmiş əsgərlərdən ibarət "Navy SEAL"ə (dəniz donanmasının xüsusi qüvvələri) qoşulmasına səbəb olub.

Xüsusi təlimlər alan "Navy SEAL" əsgərləri dəniz, hava və qurudakı əməliyyatlar üçün yetişdirilir. C.Kim isə bu xüsusi qüvvədə “Sniper” ixtisasında 100-dən çox əməliyyata qatılıb. Onlardan ikisi Yaxın Şərqdə reallaşıb.
Kim əməliyyatlardan sonra ABŞ-a qayıdaraq təhsilini San-Dieqo Universitetinin riyaziyyat ixtisası üzrə davam etdirib. Təhsilini başa vurduqdan sonra Harvard Universitetinin tibb fakültəsinə qəbul olub.

Doktorluq dərəcəsi alan Kim NASA-nın 2017-ci ildə astronavt seçimlərini başlatdığını öyrənib və 18 min namizəd arasından qalib olub.

C.Kim və həmkarları bu ildən etibarən yeni missiyalar reallaşdıracaq.

Məhərrəm Əliyev
-
Dünya19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı
-
Dünya17:20Bu dağlarda sərvət tapıldı: Dünyanın ən böyük qızıl yatağı kəşf edildi
-
Sosial15:32Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Səhiyyə15:11Tarif Şurasından dərmanlarla bağlı qərar
-
Rəsmi xronika14:27İlham Əliyev fərman imzaladı
-
Dünya13:13“Hizbullah”ı tərksilah etməyin şərtləri – Livan prezidenti ABŞ-da açıqladı




































