Maraq dünyası
Pandemiya dövründə 11 min insan ölümdən xilas oldu - DİQQƏTÇƏKƏN ARAŞDIRMA
Çində koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlərin yumşaldılmasına başlanması ilə havanın çirklilik səviyyəsi əvvəlki dövrlərdən daha çox artıb.
Publika.az xəbər verir ki, sözügedən artım iqtisadiyyatı canlandırmaq üçün sənaye müəssisələrinin fəaliyyətə başlanmasından qaynaqlanır.
Çində 1 500 müşahidə mərkəzində aparılan texniki analizlər nəticəsində məlum olub ki, fabriklərin yerləşdiyi bölgələrdə havanın çirkliliyi daha çoxdur. Karantin müddətində bağlanan fabrik və avtomobillərdən minimum istifadə səbəbilə azot-dioksid (NO2) 10-30 vahid azalmışdı.
Enerji və Təmiz Havanın Araşdırılması Mərkəzinin (CREA) yayımladığı əvvəlki hesabatda küçəyə çıxma qadağası tətbiq olunan Avropada təmizlənən hava səbəbilə ölümlərin 11 min vahid azaldığı diqqətə çatdırılmışdı. Son dövrlərdə aparılan bir çox araşdırma pandemiya dövründə havanın çirkliliyinin azalması ilə minlərlə insanın həyatının xilas olduğunu ortaya qoyur.
Ötən ay aparılan araşdırmaya görə, havanın çirkliliyi dünya miqyasında insan ömrünü 3 il qısaldır. Eyni səbəblə hər il 8,8 milyon insan erkən ölümün qurbanı olur.
Xüsusilə, şəhərlərdə vəziyyət pandemiyadan əvvəlki dövrlərə görə daha pis istiqamətə doğru gedir. Bunun başlıca səbəbi ictimai nəqliyyatdan imtina edib özəl avtomobillərlə hərəkət etməkdir.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
